İş yoldaşına, qohum və tanışa zamin duranlar "yana" bilər
Azərbaycanın bank sistemində əhalinin tez-tez rastlaşdığı məsələ zaminliklə bağlıdır.
Banklara istehlak krediti üçün müraciət edilərkən bankların ilk növbədə irəli sürdüyü tələb də məhz digər şəxsin müştəriyə zamin olması haqqında olur. Nəticədə, indiyədək ölkənin iqtisadi aktiv əhalisinin böyük hissəsi zamin təcrübəsindən keçib.
Azərbaycan Kredit Bürosunun məlumatına görə, indiyədək ölkə əhalisinin 1 377 602 nəfəri zamin olub. Bunlardan 377 min nəfərin zaminliyi indii də qüvvədədir. Ötən illə müqayisədə zaminlərin sayı 22 min nəfər artıb.
Bank kreditləşməsində zaminlik mövzusu Azərbaycan Beynəlxalq Bankı və "ASAN Radio"nun yeni layihəsi olan "Bank saatı" radio verilişində müzakirə edilib. Bu mövzu ilə bağlı Azərbaycan Beynəlxalq Bankının Hüquq departamentinin direktoru Fərqan Novruzov sualları cavablandırıb
- Fərqan müəllim, kimdənsə zamin olmaq xahiş edilirsə, həmin şəxs nəyə fikir verməlidir?
- Zamin olarkən əsasən zamin durduğun şəxsin, həmin öhdəliyin müddəti ərzində öz borcunu nə dərəcədə stabil olaraq ödəyə biləcəyinə fikir vermək lazımdır.
- Məsələn, mənə bir nəfər yaxınlaşıb deyir ki, Əli müəllim, mən bankdan kredit götürmək istəyirəm, mənə zamin dayanarsınızmı? Mən nələrə fikir verməliyəm ki, ona zamin olum, yoxsa yox?
- İlk növbədə sizə yaxın olmayan şəxsdirsə siz həmin şəxslə kredit bürosuna yaxınlaşıb həmin şəxsin kredit tarixcəsini götürüb baxa bilərsiniz ki, kredit tarixcəsi necədir, bundan əvvəlki borcları ödəyibmi. Qeyd edim ki, son dəyişikliyə görə, kredit bürosundan məlumatları almaq da asanlaşıb. İl ərzində bu məlumatları 2 dəfə əldə etmək pulsuzdur, sonrakı müraciətlər isə cəmi 1 manatdır.
- Yəni mən həmin adamla da və ya özüm də kredit bürosuna yaxınlaşıb məlumat ala bilərəm, eləmi?
- Həmin şəxs özü bu məlumatları alıb sizə təqdim edir. Siz deyirsiz ki, əgər sən istəyirsən ki, sənin üçün zamin durum, məlumatları mənə təqdim et, baxım görüm əvvəlki borcları necə ödəmisən, mən də nəticələrə görə qərar verim.
Eyni zamanda kim ki, əsas borcluya zamin durmaq istəyir, həmin əsas borclunun borcu ödəmə qabiliyyətini yoxlamalıdır. Yəni həmin şəxsin gəlirləri götürdüyü kreditin məbləğinə uyğundurmu, yəni aldığı məvacib və gəlirləri krediti ödəməyə yetərlidirmi. Burada mütləq şəkildə bir şeyə fikir vermək lazımdır – müştərinin (yəni kredit götürənin) maliyyə gəlirliliyi həmin an üçün kifayət deyil. Zamin əmin olmalıdır ki, müştərinin bu kredit müqaviləsinin müddəti ərzində öhdəliklərini icra etmək üçün kifayət qədər vəsaiti və stabil gəliri olacaq.
Məsələn bir nəfər öz iş yoldaşına zamin durur. Həmin iş yoldaşı sabah işdən çıxa bilər, bu artıq riskdir. 2 il bir bankdan məvacib alırlar və zamin fikirlərşir ki, kredit hər ay onun əməkhaqqısından tutulacaq. Həmin şəxsdən ya işdən çıxır, ya da başqa işə düzəlib, maaşını o bankdan alır və məcburən həmin kredit zaminin hesabından tutulur.
- Zamin dayanmaq insanın üzərinə hansı öhdəlikləri qoyur. Məsələn zaminin hansı məsuliyyəti yaranır?
- Qanunvericiliyin təhlilindən belə aydın olur ki, zaminliyin əsasən 2 növü var. Bu, birgə və subsidiar məsuliyyət çərçivəsində verilən zaminlik. Subsidiar məsuliyyət bir qədər «yumşaq»dır, yəni əgər əsas borclu krediti qaytarmırsa, bank bu tələbi zaminə o halda yönəlir ki, əsas müştəridən krediti almaq mümküqn deyil.
İkinci və ən əsas növ, bankların daha çox tətbiq etdiyi birgə məsuliyyət isə daha ciddidir. Bu o deməkdir ki, zamin dayanan şəxs və borc alan şəxs borcun əsas məbləğinə, faiz məbləğinə, cəriməsinə, kreditora dəymiş zərərə qədər eyni dərəcədə məsuldurlar. Yəni borclunun nə qədər borcu varsa, zaminin də həmin miqdarda borcu var. Əsas borclu öz öhdəliyini icra etmədiyi halda bankın bunu zamindən tələb etmək hüququ yaranır.
- Fərqan müəllim, siz özünün zamin dayanmısınızmı kiməsə?
- Bəli, dayanmışam və uğurlu olub, hər hansı problemlə qarşılaşmamışam. Hətta mənə tələb yönəldilməsinə ehtiyac olmayıb.
- İndi zaminliyiniz varmı?
- Xeyr, indi yoxdur.
- Zaminliyi yarıda dayandırmaq olarmı? Tutaq ki, adam kiməsə zamin durur, amma sonra anlayır ki, bu adam onun gözlədiyi qədər məsuliyyətli deyilmiş, yaxud onun gəlirləri əvvəlki kimi sabit deyil. Belə olan halda adam zaminliyi yarıda kəsə bilərmi zaminliyi?
- Zaminliyin xitamına səbəb olan məsələlər də qanunvericilikdə açıq şəkildə göstərilib. Bu səbəblər çərçivəsində zaminliyə birtərəfli xitam vermək hüququ şəxslərə verilməyib.
Banklarda belə məsələlər çox olur. Yəni zaminlərə zəng vururlar ki, zamin durduğunuz bocrlu öz borcunu ödəməyib və xəbərdarlıq edirlər ki, sizin hesabınıza tutma yönəldiləcək. Bu zaman zamin deyir ki, mən imtina edirəm zaminlikdən, yönəltməyin mənə. Hər kəs elə bilir ki, zamin oldusa, bunu istədiyi vaxt bitirə bilər. Amma müştəri bunun məsuliyyətini dərk eləməlidir. Bunun altında nələr var, bunu dərk eləmək lazımdır. Və bilməlidir ki, bank, borcunu ödəyə bilmədiyi halda borcluya qarşı nə tətbiq edə bilərsə, eyni addımları zaminə qarşı da ata bilər.
- Bəs belə hallar olubmu ki, adamlar zamin olublar və krediti ödənilmədiyi üçün həmin krediti ödəmək zaminin üzərinə düşüb?
- Belə hallar kifayət qədər çoxdur. Borclular borclarını ödəmirlər, krediti ödəmə qabiliyyətini itirirlər, iş yerlərindən çıxırlar, iş yeri ilə birgə bankı dəyişirlər və ya ümumiyyətlə ödəməkdən imtina edirlər, maliyyə vəziyyətləri pisləşir və bu halda bank öz təminat üsulunu zaminə yönəldir.
Çünki zaminlik də təminat üsullarından biridir, necə ki, biz kredit götürəndə evimizi girov qoyuruq, zaminlik də bir təminat üsuludur. Kredit qaytarılmayanda tələb zaminə yönəldilir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 saat sonra
-
-
36 d. əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 44 d. əvvəl
-
45 d. əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
47 d. əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 49 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib






















