Beynəlxalq Bank, BVF və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib
12-14 oktyabr 2018-ci ildə İndoneziyanın Bali adasındakı Nusa Dua bölgəsində Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı qrupunun illik yığıncağı təşkil edilib. Yığıncaqda Cənubi Qafqaz regionunun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı da təmsil olunub.
Dünyanın aparıcı maliyyə qurumlarından, özəl sektordan, qeyri-hökumət təşkilatlarından, beynəlxalq akademik çevrələrdən nümayəndələrin qatıldığı yığıncaqda qlobal maliyyə sistemindəki duruma, dünyanın iqtisadi mənzərəsinə diqqət yönəlib. Sosial-iqtisadi inkişaf, yoxsulluğun aradan qaldırılması, qlobal ticarət, insan kapitalı, maliyyə-vergi sahəsində rəqəmsal həllər və s. bu kimi məsələlər müzakirə edilib. Birgə effektiv fəaliyyət üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.
Yığıncaqda iştirak edən Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib:
“Müxbir əlaqələrin qurulması, beynəlxalq ticarətin maliyyələşdirilməsi, müştərilərə geniş bank xidmətlərinin göstərilməsi baxımından Azərbaycan Beynəlxalq Bankı regionda çox böyük rol oynayır. Xarici maliyyə institutları, qlobal ödəniş sistemləri ilə bank sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu cür platformalarda iştirak da beynəlxalq tərəfaşlıq əlaqələrimizin daha da inkişafına xidmət edir. İndoneziyada keçirilən tədbir bu baxımdan kifayət qədər məhsuldar oldu”.
Onun sözlərinə görə, yığıncaq çərçivəsində dünyanın bir sıra aparıcı maliyyə qurumlarının, o cümlədən “Citi Group”un, “Lazard” şirkətinin rəhbər vəzifəli şəxsləri ilə görüşlər olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 5 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























