PAŞA Bank Azərbaycanda ilk dəfə tətbiq etdi
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank SAP SuccessFactors bulud həlli əsasında öz işçi heyətinin mükafatlandırılması və effektivliyinin idarə edilməsi proseslərini uğurlu şəkildə avtomatlaşdırıb.
Tətbiq olunan yeniliklər sayəsində Bank, artıq ilk aylarda yeni heyətin məhsuldarlığının qiymətləndirilməsi sistemini qurub, bu isə tapşırıqların qoyulması vaxtını 3 dəfə azaldıb və SAP Human Capital Management (SAP HCM) sistemində aparılan əməkhaqqının hesablanma dəqiqliyini 50% artırıb. Ən yeni bulud həllərinin tətbiqi Banka əsas effektivlik göstəricilərinin yerinə yetirilməsinə nəzarətlə yanaşı, əməkdaşların səriştələrini qiymətləndirməyə və liderlik keyfiyyətlərini inkişaf etdirməyə imkan verəcək: bir-biri ilə əlaqəli bütün göstəricilər vahid sistemdə nəzərə alınır. HR şöbəsinin mütəxəssisləri üçün nəzərdə tutulan analitik hesabatlar real vaxt rejimində avtomatik olaraq bir dəqiqədən az bir zamanda yaradılır.
Bankda tapşırıqların bir çoxu kollektivin qarşısında İdarə Heyətinin qəbul etdiyi qərarlara uyğun qoyulduğu üçün birbaşa rəhbərlər sistemdə bütün layihələrin yerinə yetirilmə statusunu, komanda tərkibini izləyir və bütün prosesi operativ şəkildə idarə edir. Bank əməkdaşları öz növbəsində məhsuldarlıqlarını sərbəst şəkildə izləyə və effektivliyin idarə olunması alqoritmlərini tənzimləyə bilir. Hesabat dövrünün yekunlarına görə əməkdaşlar aylıq kompensasiya barədə təfsilatlı forma ilə təmin olunur.
"ƏMƏKDAŞLAR DAHA AHƏNGDAR İŞLƏMƏYƏ BAŞLAYIB"
“İşçi heyətin ən yeni bulud həlləri əsasında idarə edilməsi proseslərinin avtomatlaşdırılması PAŞA Bankın fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb, həmçinin Bankın korporativ mədəniyyətində bəzi dəyişikliklərə səbəb olub. Belə ki, əməkdaşlar ümumbank məqsədlərinə nail olmaq üçün daha ahəngdar işləməyə başlayıb, bu isə 2018-2020-ci illər Strateji dövrün çərçivəsində agile-metodologiyasının və rəqəmsal həllərin tətbiqi üzrə planlarımızı çox gözəl əks etdirir. Tapşırıqların daha dəqiq qoyulması və heyətin əsas effektivlik göstəricilərinin təfsilatı ilə hesablanması imkanı Bankda əsas proseslərə müsbət təsir edir və regional miqyaslı qabaqcıl maliyyə institutu kimi PAŞA Bankın mövqelərinin möhkəmləndirilməsinə öz töhfəsini verir”, - deyə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib.
“SAP SuccessFactors həlli mürəkkəb strukturlu böyük kollektivlərdə vahid məqsədlərin qoyulması zəruriliyi ilə əlaqəli tapşırıqlar üçün optimaldır. Ümid edirik ki, PAŞA Bankda bu həllin uğurlu tətbiqi Azərbaycanda digər iri banklar üçün müsbət nümunə olacaq və onlar bulud həlləri vasitəsi ilə həyata keçirilən ən yaxşı dünya təcrübələrinə diqqət yetirəcək”, - deyə Azərbaycanda SAP nümayəndəliyinin direktoru Rüfət Hacıəlibəyov qeyd edib.
PAŞA Bankın gələcək planlarına SAP SuccessFactors Recruitment-in heyətin seçilməsi və işə götürülməsi, həmçinin SAP SuccessFactors Onboarding-in kadrların təlimi və peşəkar inkişafı üzrə modullar sisteminə inteqrasiya daxildir.
PASHA Bank первым в Азербайджане перешел на облачное решение по управлению персоналом SAP SuccessFactors
Ведущий корпоративный банк Азербайджана – PASHA Bank – успешно автоматизировал процессы управления эффективностью и вознаграждением персонала на базе облачного решения SAP SuccessFactors.
Благодаря внедренным новшествам, банк уже в первые месяцы выстроил новую систему оценки производительности персонала, что сократило время постановки задач в 3 раза и на 50% увеличило точность расчёта заработной платы, который производится в системе SAP Human Capital Management (SAP HCM). Применение новейших облачных решений позволяет банку не только отслеживать исполнение основных ключевых показателей эффективности, но и оценивать компетенции и развитие лидерских качеств сотрудников: все показатели связаны между собой и учитываются в единой системе. В свою очередь, аналитические отчеты для специалистов HR-департамента создаются автоматически в режиме реального времени, а сам процесс занимает меньше минуты.
Поскольку большинство задач в банке ставится перед коллективом в соответствии с принятыми Советом правления решениями, линейные менеджеры отслеживают в системе статус исполнения всех проектов, состав команд и оперативно управляют всем процессом. В свою очередь сотрудники банка могут самостоятельно отслеживать свою производительность и настраивать алгоритмы управления эффективностью. По итогам отчетного периода сотрудники снабжаются детализированной формой о ежемесячной компенсации.
«Автоматизация процессов по управлению персоналом на базе новейших облачных решений нашла свое отражение во многих аспектах деятельности PASHA Bank, в том числе, привнесла некоторые изменения в корпоративную культуру банка. Так, сотрудники стали еще более слаженно работать над достижением общебанковских целей, что прекрасно отражает наши планы по применению agile-методологии и цифровых решений в рамках Стратегического периода 2018-2020 гг. Возможность ставить более четкие задачи и детально рассчитывать ключевые показатели эффективности персонала положительно влияет на ключевые процессы в банке и вносит свой вклад в укрепление позиций PASHA Bank в качестве передового финансового института регионального масштаба»,– сказал Талех Кязымов, Председатель правления PASHA Bank.
«Решение SAP SuccessFactors оптимально для задач, связанных с необходимостью постановки единых целей в больших коллективах со сложной структурой. Мы надеемся, что успех внедрения в PASHA Bank станет положительным примером для других крупных компаний в Азербайджане, и они обратят свое внимание на лучшие мировые практики, реализованные в облаке», – отметил Руфат Гаджиалибаев, директор представительства SAP в Азербайджане.
В дальнейшие планы PASHA Bank входят интеграция в систему модулей SAP SuccessFactors Recruitment по подбору и найму персонала, а также SAP SuccessFactors Onboarding по обучению и профессиональному развитию кадров.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
-
1 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
1 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
1 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Ən çox oxunanlar
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
Xırdalanda 2-ci KFC açılacaq
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur







.jpg)











.jpg)





