"Azneftkimyamaş" “zərər bataqlığında daha da batıb”
Neft-qaz avadanlıqları istehsalçısı "Azneftkimyamaş" ASC 2017-ci ili 473 min 914 manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 2,6 dəfə çoxdur. ASC 2016-cı ili 183 min 153 manat zərər ilə bağlamışdı.
“Marja” ASC-nin maliyyə hesabatına itinadən xəbər verir ki, "Azneftkimyamaş"ın əsas əməliyyat gəliri 2017-ci ildə 2016-cı illə müqayisədə 1,2% azalaraq 16 milyon 538 min manat təşkil edib. ASC 2016-cı ildə 16 milyon 741 min manat əməliyyat gəliri əldə etmişdi. 2016-cı illə müqayisədə ötən il "Azneftkimyamaş"ın gəlirin əldə edlməsi üzrə ixərcləri 7,8% artaraq 11 milyon 692 min manat təşkil edib. 2016-cı ildə gəlirin əldə edilməsi üzrə xərclər 10 milyon 842 min manat təşkil etmişdi.
Xərclər artdığından "Azneftkimyamaş"ın ümumi mənfəəti azalıb. 2016-cı ildə ümumi mənfəət 5 milyon 898 min manat ikən, 2017-ci ildə 4 milyon 845 min manat təşkil edib.
Üstəlik ASC-nin 5 milyon 484 min manat inzibati, maliyyə və digər xərcləri olub. Xərclər gəlirləri üstələdiyindən ASC zərər edib.
31 Dekabr 2017-ci il tarixində "Azneftkimyamaş" 68 milyon 822 min manat cəmi aktivlərə malik olub. Bu rəqəm 2016-cı ilin sonunda 69 milyon manatdan çox idi.
"Azneftkimyamaş" 100% dövlətə məxsusdur və 10-dan artıq maşınqayırma zavodlarının bazasında yaradılmışdır. "Azneftkimyamaş" ASC-nin İdarə Heyətinin sədri Əli Qaraxanovdur.
"Azneftkimyamaş"ın törəmə müəssisələri neft-qaz, geoloji-kəşfiyyat, həmçinin neftkimya sənayesi avadanlıqlarmı, onlar üçün lazımi alət və ehtiyat hissələrini istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





