“Nar”-dan Bilik günü münasibətilə müsabiqə
“Nar” 15 sentyabr – Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar” abunəçiləri internet üzərindən keçirilən “Məktəb illərini yada sal” müsabiqəsində iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək internet bonusları və hədiyyələr qazana bilərlər.
Müsabiqə sentyabrın 14-ü saat 18:00-da başlayacaq və 16 sentyabr saat 23:59-da yekunlaşacaq.
“Nar”-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqəsində digər mobil operatorların abunəçiləri də iştirak edə bilər. “Nar” abunəçisi müsabiqənin qalibi olduğu təqdirdə, 100 MB qazanacaq. Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq xüsusi hədiyyələr veriləcək.
Nəticələr 17 sentyabrda elan olunacaq və iştirakçılara elə həmin gün SMS göndəriləcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/mekteb-illeri.html
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)







