"MTK-lar kommunal xidmətlərin qiymətini yüksək müəyyənləşdirirlər"
Yeni tikilən binalarda kommunal ödənişlərlə bağlı tez-tez əhalinin şikayətlərinə rast gəlinir. Bir sıra mənzil-tikinti korporativləri (MTK) binaları istifadəyə verdikdən sonra idarəçiliyini də özləri həyata keçirirlər ki, bu da sakinlərlə korporativlər arasında narazılıqların yaranmasına səbəb olur. Korporativlər tərəfindən müəyyən olunan kommunal ödənişlərin həcmi və bunun müqabilində göstərilən xidmətlərin keyfiyyəti bir çox hallarda sakinləri qane etmir.
Məsələyə münasibət bildirən “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, ümumiyyətlə çoxmənzilli bina tikilib istifadəyə verildikdən sonra tikinti şirkəti, sahibkar və ya tikinti korporativi oradan çıxmalıdır.
O qeyd edib ki, qanunvericiliyə əsasən çoxmənzilli yaşayış binaları istifadəyə verildikdən sonra binanın idarə edilməsi üçün mənzil mülkiyyətçiləri müştərək cəmiyyət yaratmalıdırlar:
“Bütün mənzil mülkiyyətçilərinin iştirakı ilə yığıncaq keçirilir və yığıncaqda qərar qəbul edilib protokollaşdırılır. Onun əsasında mənzil mülkiyyətçiləri müştərək cəmiyyət kimi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edirlər. Ondan sonra yığıncaq keçirilir, bütün mənzil mülkiyyətçiləri orada iştirak edir, binanın aylıq, rüblük, illik istismar xərclərini (lift, istilik, abadlıq, yaşıllaşdırma, avtodayanacaq, mühafizə və s.) hesablayırlar və ümumi məbləğ razılaşdırılır. Sonra kvadrat metrə, adam başına görə hər mənzilə nə qədər məbləğ düşdüyünü müəyyən edirlər və ona uyğun aylıq maliyyə yığımı təşkil olunur. Hər rübün sonunda da hesabat verilir. Yəni bina qəbul kommissiyasına təhfil verildikdən sonra 6 ay müddətinə həmin cəmiyyət yaradılmalıdır və binanın idarəedilməsi həmin cəmiyyətə verilməlidir. Tikinti şirkəti, sahibkar və ya tikinti korporativi isə oradan çıxmalıdır”.
Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov da bildirib ki, bina istifadəyə verildikdən sonra idarəçiliyin həyata keçirilməsinin bir neçə formaları mövcuddur:
“Ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılır, ya bələdiyyə tərəfindən açıq tender keçirilir və tenderin qalibi idarəçiliyi həyata keçirir, ya da bələdiyyə tərəfindən bu iş ixtisaslaşdırılmış şirkətə tapşırılır. Lakin MTK-lar bina istifadəyə verildikdən sonra da qanunsuz olaraq özləri idarəçiliyi həyata keçirməyə çalışırlar. Biz bu məsələlərlə bağlı ciddi iş aparırıq. Bizim ərazimizdə bina inşa edən bir neçə MTK-ya məktub göndərmişik, ondan sonra tenderin elan olunması barədə təkrarən məktub göndərmişik. Sənədləri bizə verməyən MTK-lar barəsində qərar qəbul etmək üçün məhkəmə qaydasında müraciət etmişik”.
Bələdiyyə sədrinin sözlərinə görə, MTK-lar kommunal xidmətlərin qiymətini əsassız olaraq dəyərindən yüksək müəyyənləşdirirlər:
“Bir sıra MTK-lar isə yığılmış pullarla nəzərdə tutulmuş işləri həyata keçirmir. Binanın qarşısında asfalt çəkmək, təhlükəsizlik kameralarını quraşdırmaq və bu kimi işləri həyata keçirmək lazım gələndə kənarda dayanırlar. Ona görə də biz bu sahədə ciddi iş aparırıq. Artıq bir neçə binada bu məsələ həllini tapmaq üzrədir. Şirkət getmək istəmir, biz isə məhkəmə qaydasında icra məmurlarına müraciət etmişik ki, gəlib o şirkətləri oradan çıxarsınlar”.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 12 d. əvvəl
- 45 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
-
1 saat əvvəl
PAŞA Bank 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
5 ildə kənd təsərrüfatı sektoruna yeni Dövlət Proqramı çərçivəsində 5,9 milyard manat investisiya qoyulması gözlənilir
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək












.jpg)




