“Atəşgah” Sığorta Qrupundan iddialı hədəflər
: Azərbaycanın aparıcı sığortaçılarından biri olan “Atəşgah” Sığorta Qrupunun (SQ) Direktorlar Şurasının növbəti iclasında 2019-2021-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib. Bu barədə "Marja"ya Qrupdan bildirilib.
"Atəşgah" Sığorta Şirkətinin İdarə heyətinin sədri Azər A. Əliyev bildirib ki, yeni biznes strategiyaya əsasən, “Atəşgah” SQ üç ildən sonra daha effektiv biznes göstəricilərinə malik olacaq: "Belə ki, biz, sığorta mütəxəssislərinin seçim və təlim proseslərinə, məhsulların inkişafı və modernləşdirilməsinə yatırımlar edəcəyik. Yatırımların vacib istiqamələrindən biri də - rəqəmsallaşmadır. Burada prioritet olaraq satışları əsas elektron satış kanalına çevirmək, şirkətin İT-infrastruktur bazasını təkmilləşdirməkdir”.
Onun sözlərinə görə, yeni strategiya sığorta qrupunun əməkdaşlarından ibarət işçi qrupu tərəfindən hazırlanıb və ümumilikdə, beş əsas istiqaməti özündə ehtiva edir:
1.İnformasiya texnologiyaları infrastrukturunun inkişafı, şirkətlər üzrə
2.Rəqəmsallaşdırılma səviyyəsinin yüksəldilməsi.
3.Biznes proseslərin təkmilləşdirilməsi.
4.Müştəri xidmətləri səviyyəsinin yüksəldilməsi.
5.İnsan kapitalına investisiya.
6.Yeni müştəriyönümlü sığorta məhsullarının yaradılması.
Şirkət rəhbəri, “Atəşgah” SQ –nun Azərbaycanda əmlak və avtomobil sığortası üzrə ən böyük müştəri portfeli ilə pərakəndə sığortada lider olmaq, eləcə də korporativ sığorta seqmenti üzrə TOP 3- lükdə mövqeyini möhkəmlətmək kimi iddialı hədəfləri qarşısına qoyduqlarını bildirdi.
6-7 sentyabr 2018-ci il tarixində baş tutan iclas çərçivəsində 2018-ci ilin 6 aylıq maliyyə hesabatı, əmlak, şəxsı sığorta və tibbi sığorta növləri üzrə tənzimlənmə fəaliyyətinə dair hesabatlar da dinlənilib.
Məlumat üçün bildirək ki, “Atəşgah” SQ-nun 2018-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 48 milyon manat təşkil edib.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 4 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)




.jpg)









