"Onbranch" startapından “Gənc Ol!" istifadəçiləri üçün yeni imkanlar
(®) Onbranch startapından “Gənc Ol!" istifadəçiləri üçün yeni imkanlar
Ölkənin mobil kommunikasiya bazarının lideri Azercell Telekom tərəfindən ölkəmizdə gənclər üçün sahibkarlıq mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir yerli startapın fəaliyyətinə təkan vermis oldu.
Onbranch startapının təqdim etdiyi yeni layihəyə əsasən Azercell şirkətinin “Gənc Ol!" loyallıq proqramı Onbranch mobil tətbiqinə inteqrasiya ediləcək. Beləliklə, "Gənc Ol!" abunəçiləri Onbranch tətbiqini yükləməklə yaxınlıqda olan endirimlər və aksiyalar barədə dərhal məlumat ala biləcəklər. Bununla yanaşı, abunəçilər üzv olduqları "Gənc Ol!" platforması ilə daha sıx və faydalı təması məhz Onbranch üzərindən qura biləcəklər.Startapın texniki imkanları vasitəsilə loyallıq sisteminin daha çevik, effektiv və əlçatan olması nəzərdə tutulur. Mobil tətbiq vasitəsilə loyallıq proqramına qoşulmaq və sərfəli endirimlərdən yararlanmaq üçün “Gənc Ol!” tarifinin abunəçiləri https://onbranch.com/gencol linkinə daxil ola bilərlər.
Xatırladaq ki, Onbranch "Baku Business Factory"-nin dəstəklədiyi layihələrdən biridir və Azercell Telekom-un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bank, Patent və Əmtəə Nişanları Mərkəzi, İsveçrənin Azərbaycandakı səfirliyi, eləcə də ADA Universitetinin dəstəyi ilə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi elan olunaraq Azərbaycanın ən yaxşı startapı seçilib.
Azərbaycan biznes mühitində innovasiyaları artırılması, rəqəmsal və sahibkarlıq ekosistemini inkişafı istiqamətində fəaliyyət göstərən Barama mərkəzinin məqsədi bundan sonra da startapların öz bizneslərini qurmasına, innovativ xidmət göstərməsinə və yeni müştəriləri əldə etməsinə dəstək olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 15 d. əvvəl
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 25 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu







.jpg)





.jpg)





