Elektrik stansiyalarının optimallaşdırılması müzakirə edilib
Energetika Nazirliyində “Azərenerji” ASC-nin, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Almaniyanın “ENERCO” şirkətinin nümayəndələri ilə birgə ““Azərenerji” ASC-nin elektrik stansiyalarının optimallaşdırılması və bərpası Proqramı”nın hazırlanması ilə bağlı ekspertlər səviyyəsində müzakirəsi keçirilib.
İclasda Energetika Nazirliyi tərəfindən, “ENERCO” şirkətinin cəlb edilməsi ilə elektrik stansiyalarında cari ilin aprel-iyul aylarında aparılmış araşdırmalar əsasında hazırlanmış hesabat təhlil edilib.
“Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası Proqramı”nın hazırlanması üzrə görülən işlər, elektrik enerjisinin istehsalı prosesi və optimallaşdırılma tədbirləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hallarının qarşısının alınması məqsədilə yeni generasiya güclərinin yaradılması, İstilik Elektrik Stansiyaları, o cümlədən modul tipli stansiyaların modernizasiyası, mövcud stansiyaların bərpası və gücünün artırılması, stansiyaların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və ölkənin enerji potensialından effektiv istifadənin zəruriliyi qeyd edilib. Bu məqsədlə Proqrama daxil ediləcək təkliflər nəzərdən keçirilib.
Texniki, istismar və inzibati-idarəetmə aspektləri üzrə tədbirlərlə yanaşı, elektrik stansiyalarında real orta illik və ehtiyat gücün artırılması, həmçinin stansiyaların istismarının effektivliyi və etibarlılığının yüksəldilməsi üçün ekspertlərin rəy və təkliflərinin Proqram üzrə yekun hesabatda nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























