Banklarda Dollar yenidən bahalaşdı
Banklarda Dolların alış və satış məzənnələri artmaqda davam edir.
“Marja”nın xəbər verdiyi kimi, bu gün səhər ötən cümə günü ilə müqayisədə əksər banklar Dolların alış və satış məzənnələrini artırmışdılar. (Buradan oxuyun)
Günorta saatlarında da banklarda Dolların bahalaşması davam edib. Məsələn, səhər saatlarında Dolları 1. 60 manatdan alan “Azərtürkbank”, günortadan başlayaraq məzənnəni 1.64 manata qaldırıb. Bu bank Dolların satış qiymətini isə 1.7450 manatdan 1.76 manata yüksəldib.
Dolların alış qiymətini Bank of Baku 1.68 manatdan 1.70 manata, satış qiymətini isə 1.79 manatdan 1.80 manata qaldırıb.
Bank BTB Dolların alışını 1.65 manatda 1.70 manata, satışını isə 1.77 manatdan 1.7550 manata salıb.
NikoylBank Dolların alış qiymətini 1.63 manatdan 1.67 manata, satış qiymətini isə 1.70 manatdn 1.77 manata qaldırıb.
PAŞA Bank Dolların alış qiymətini 1.6250 manatdan 1.65 manata, satış qiymətini isi 1.7550 manatdan 1.77 manata yüksəldib.
AG Bank Dolların alış qiymətini 1.63 manatdan 1.64 manatdan, satış qiymətini isə 1.7350 manatdan 1.76 manata qaldırıb.
Digər bir neçə bankda da məzənnə artımı müşahidə olunur.
Qeyd edək ki, sabah Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Dollar/Manatın istiqaməti hərracın nəticəsindən asılı olacaqdır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir






















