Ukrayna hökumətinə 219 milyon dollar vergi ödəyib
Fəaliyyətdə olduğu müddət ərzində “SOCAR Energy Ukraine” şirkəti tərəfindən Ukrayna hökumətinə 219 mln. ABŞ dolları həcmində vergi ödənilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "2017-cü il üzrə illik hesabatı"nda qeyd olunub.
Qeyd edilib ki, SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 286 mln. dollar həcmində sərmayə yatırılıb. Bu investisiya əsasən yanacaq doldurma məntəqələrinin (YDM) yaradılmasına, neft bazalarının alınmasına və işlək kapitalın formalaşdırılmasına sərf olunub. Ötən ilin sonuna olan məlumata görə şirkətdə 1 817 nəfər işçi çalışır.
Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2009-cu il dekabrın 17-də yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir.
2018-ci yanvar ayının sonuna şirkətin YDM-lərinin sayı 61-ə bərabər olub. Ukrayna ərazisində “SOCAR Energy Ukraine” şirkətinə aid 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir. “SOCAR Energy Ukraine”nin törəmə şirkətləri olan “Torgoviy Dom” və “SOCAR-AVİA” şirkətləri isə yüngül neft məhsullarının və Ukrayna hava limanlarında aviasiya yanacağının satışını həyata keçirirlər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
50 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
51 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)










.jpg)







