Neft üçün daha bir kritik gün
Bu gün OPEC istehsal azaldılması razılaşmasından sonrakı ilk hesabatını açıqlayacaq. Razılaşmaya əməletmə səviyyəsi barədə açıqlanacaq göstəricinin neftin qiymətinə istiqamət verə biləcəyi gözlənilir.
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) OPEC-in istehsal azaldılması razılaşmasına 90% ilə rekord səviyyədə əməl etdiyini və tələbin gözləniləndən daha sürətli artdığını açıqlamasından sonra neft bahalaşır.
IEA, cümə günü etdiyi açıqlamada, Səudiyyə Ərəbistanının istehsalı öhdəlik götürdüyündən daha çox azaltdığını və yüksək tələbin bazarın yenidən tarazlaşmasına kömək olduğunu qeyd edib.
OPEC bu gün Bakı vaxtı ilə 15:00-da aylıq hesabatını açıqlayacaq. Bu hesabat, 1 Yanvar 2017-ci il tarixində başlayan istehsal azaldılması razılaşmasından sonrakı ilk istehsal rəqəmlərini ortaya qoyacaqdır.
Digər tərəfdən Baker Hughes Inc-ə görə, ABŞ-da aktiv qazılan neft quyularının sayı 2015-ci ilin Oktyabr ayında bu yana ən yüksək səviyyəsinə çıxıb.
1 Yanvar 2017-ci il tarixində qüvvəyə minmiş istehsal azaldılması razılaşmasından bəri neftin qiyməti 50 dolların üzərində qalır. Razılaşma Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkə arasında imzalanıb.
Goldman Sachs Group Inc., keçən həftə etdiyi qiymətləndirmədə, istehsal azaldılmasının təsiri ilə ilin ilk yarısında bazarda defisit yaranacağını və ABŞ-da neft anbarlarındakı ehtiyatların idxalın azalması ilə əlaqədar olaraq geriləyəcəyini qeyd edib.
Bu mərhələdə, qiymətlər bir kolidorda sıxışmış vəziyyətdədir. ABŞ-da artan şisr nefti istehsalı bu anda qiymətlərdəki yüksəlişi önləyir.
Analitiklər bildirilər ki, əgər OPEC istehsal azaldılmasına əməl etdiyini təsdiq etsə, neft qiymətləri bu səviyyələrdən daha da yüksələ bilər.
Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Qərb Teksas nefti (WTI) Nymex birjasında cüzi bahalaşaraq 53.86 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 0,05% bahalaşaraq 56.73 dollardan əməliyyat olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 15 d. əvvəl
- 26 d. əvvəl
-
-
32 d. əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 2 saat əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
2 saat əvvəl
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görülüb
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Ən çox oxunanlar
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"BakıKart": Aprelin 6-dan vəsaitlərin silinməsinə başlanılacaq, məhdudiyyətlər aradan qaldırılacaqdır
Azərbaycanda Vakansiyalar - Azvak.az



















