Avtomobil nəhəngi göy üzünü bombaladı, quraqlıq başlayıb
Fantastik filmlərdə baş verə biləcəyi düşünülən bir hadisə Meksikada baş verib. Almaniyanın avtomobil nəhəngi Volkswagen-in Meksikada istifadə etdiyi hava dəyişmə texnologiyası bölgədə quraqlığın baş verməsinə səbəb olub.
"Marja" xəbər verir ki, Şirkətin avtomobil zavodunun yerləşdiyi regionda tez-tez yağan dolu, istehsaldan sonra çölə park edilən avtomobillər üçün ciddi problemlər yaradırmış. Buna görə Volkswagen, bölgəyə hava dəyişmə avadanlığı quraşdırıb. Bu avadanlıq müəyyən hava şərtlərində avtomatik şəkildə göyə şok bombaları göndərir.
Ancaq zaman keçdikcə bu vəziyyət bölgədə yağışların bitməsinə səbəb olub.
Bölgədəki fermerlərin nümayəndəsi Gerardo Perez verdiyi açıqlamada bu şok bombardmanlarına görə göy üzündəki buludların tamamilə aradan qaldığını və yağıntı əmələ gəlməsinin qarşısının alındığını deyib.
Digər tərəfdən, Volkswagen-in sözçüsü bu avadanlqların avtomatik işə düşməsini dayandırdıqlarını bildirib. Avadanlıq yalnız lazım olan vaxtlarda mexaniki rejimdə çalışacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
























