Həşərat sancmasına görə 15 min manatlıq sığorta ödənişi
Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin ilk yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirmişdir.
“Atəşgah” Sığortadan "Marja"ya daxil olmuş məlumata görə, Şirkətinin cari ilin ilk altı ayı ərzində səfər sığortası üzrə həyata keçirdiyi ən yüksək məbləğli sığorta ödənişi 57 748,56 AZN təşkil etmişdir. Sığorta olunan Türkiyədə səfərinin son günü avtomobil qəzası nəticəsində ağır xəsarət almışdır. Hadisə nəticəsində zərərçəkmiş şəxsin tibbi xərcləri “Atəşgah” SŞ tərəfindən qarşılanmışdır.
“Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrə həyata keçirilən növbəti ödəniş 15 643,96 AZN olmuşdur. Sığorta olunan ABŞ-ın Texas ştatında qırmızı odlu qarışqa sancması nəticəsində yaranan allergik reaksiya səbəbilə tibb müəssəsinə aparılmış və tibbi xərcləri Sığortaçı tərəfindən ödənilmişdir.
“Atəşgah” SŞ-nin 2018-ci ilin birinci yarimilliyi üzrə səfər sığortası üzrə həyata keçirdiyi digər ödəniş 15 259 AZN təşkil etmişdir. Sığorta olunan şəxsin İrlandiya Respublikasında səyahətdə olarkən yaranmış qastroentereloji şikayətlər səbəbilə stasionar müalicə zamanı bütün tibbi xərcləri Sığortaçı tərəfindən ödənilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 d. əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
-
17 d. əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
19 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 30 d. əvvəl
- 40 d. əvvəl
- 56 d. əvvəl
-
58 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb





















