Obyektləri cərimələyən Nazirlik nöqsanlar ilə dolu çıxdı
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirlərinin nəticələri haqqında məlumat yayılıb.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Maliyyə Nazirliyindən “Marja”ya daxil olmuş məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan meşə mühafizəsi və bərpası, hidrometeorologiya və balıqartırma müəssisələrində aparılan nəzarət tədbirləri ilə yerinə yetirilən işlərin həcminin artıq göstərilməsi hesabına, həmçinin faktiki olaraq yerinə yetirilməyən işlərə görə maşın və mexanizmlərə artıq yanacağın, sürtkü materiallarının silindiyi və fəhlələrə əmək haqqının ödənildiyi, mövcud qaydalarda nəzərdə tutulmadığı halda işçilərə mükafatın və əmək məzuniyyətində olan işçilərə əsassız olaraq əməkhaqqının ödənilməsinin sənədləşdirildiyi, işçilərə hesablanan əməkhaqlarından gəlir vergisinin tutulmadığı, müvafiq çağırış (dəvət) və zərurət olmadığı halda işçilərin ezamiyyətə göndərilməsinin rəsmiləşdirildiyi, işçilərin əməkhaqları üzrə aylıq ödəniş dərəcələrinin müəyyən edilən həddən artıq göstərilməsi hesabına artıq büdcə vəsaitinin xərcləndiyi, işçilərin plastik kartlarına onlara hesablanmış əməkhaqqı məbləğindən çox vəsait köçürüldüyü, faktiki olaraq işə davamiyyəti olmayan işçilərə əməkhaqqının ödənildiyi, malsatan təşkilata köçürülmüş vəsaitin müqabilində malların tam alınmadığı, müvafiq sənədlər olmadan maddi-məsul şəxslərin öhdəsindən material qiymətlilərinin əsassız olaraq silindiyi, balıqların yetişdirilməsi ilə əlaqədar müvafiq qaydada təsdiq edilən normadan artıq qida məhsullarının silindiyi kimi nöqsanlar aşkar olunub.
Qeyd edək ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühit üzrə tələbləri pozduqları iddiası ilə onlarla şirkət, istirahət mərkəzi və iş adamını cərimələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 38 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
1 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
1 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"






















