Bakıda xeyli poçtlar bağlanacaq
"Şəbəkə" xidmət mərkəzləri olan ərazilərdə poçtlar fəaliyyət göstərməyəcək
"Şəbəkə" xidmət mərkəzlərinin konsepsiyası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və onun qurumlarının bütün xidmətlərinin bir mərkəzdə cəmlənməsidir.
Bunu "Şəbəkə" xidmətinin koordinatoru Ceyhun Əliyev bildirib.
C.Əliyevin sözlərinə görə, mərkəzin Bakı şəhərində 10-a yaxın ofisinin açılması planlaşdırılır və gələcəkdə bölgələrdə də bu cür ofislərin açılması nəzərdə tutulub.
"Vətəndaşlarımız bir mərkəzdən rabitə və rabitə ilə bağlı bütün xidmətlərdən yararlana biləcəklər. Vətəndaşlarımız bir mərkəzə yaxınlaşmaqla maliyyə xidmətlərindən, telekommunikasiya xidmətlərindən, eləcə də poçt göndərişlərindən yararlana biləcəklər. Yaxın gələcəkdə Binəqədi, Yasamal, Xəzər rayonu da daxil olmaqla Bakı şəhərində 10 belə mərkəz fəaliyyətə başlayacaq", - deyə C.Əliyev bildirib.
Bundan başqa, C.Əliyev əlavə edib ki, "Şəbəkə" mərkəzləri bütün poçt xidmətlərini özündə cəmləşdirdiyi üçün bu mərkəzin fəaliyyət göstərdiyi ərazidə artıq poçtlar fəaliyyət göstərməyəcək: “Yaxınlıqda olam bütün poçt əməkdaşları Şəbəkə mərkəzlərində çalışacaqlar. Bakı şəhərində qeydiyyat fərqi olmadan istənilən Şəbəkə xidmətinə yaxınlaşıb rabitə və poçt xidmətlərindən yararlanmaq mümkündür. Burada 100-dən çox xidmət mövcuddur”.
Gələcəkdə "Şəbəkə" xidmət mərkəzlərində mobil operatorların sim kartlarının satışı da mümkün olacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)








