1 trilyon dollarlıq şirkətin inanılmaz süqutu
Xəbər verdiyimiz kimi, "Apple", bir səhminin qiyməti 205,05 dollara qalxması ilə əlaqədar olaraq 1 trilyon dollarlıq bazar dəyərinə çatıb. Şirkət 2018-in üçüncü rübündə rekord gəlir və mənfəət əldə etdiyini açıqlamışdı. Ancaq Amerikanın texnologiya nəhəngi bu sahədə ilk deyil. Bu rekord bazar dəyərinə bir Çin şirkəti 11 il əvvəl çatmışdı. Ancaq şirkət bu rekordun üzərindən çox keçmədən ağlasığmaz bir şəkildə çökdü.
"Marja" xəbər verir ki, Çinin nəhəng neft şirkəti "PetroChina" 2017-ci ilin Noyabr ayında Şanxay Birjasında 13 pilləli bir rəqəmlə bazar zirvəsinə çatmışdı. Şirkətin bazar dəyəri düz 1 trilyon dollar idi.
Bəziləri o vaxt bu bazar dəyərinə qarşı çıxdılar. "PetroChina"nın səhmlərinin yalnız kiçik bir hissəsi birjada investorlara satılmışdı və Çinli investorlar yalnız öz ölkələrində səhm satın ala bilirdilər.
Ortaya qeyri-adi bir tələb-təklif ssenarisi çıxmışdı.Sadəcə 24 saat ərzində "PetroChina", planetin ən dəyərli şirkətləri "ExxonMobil" və "General Motors"un ümumi sərmayə miqdarını aşdı.
10 İLLİK "ƏRİMƏ" 800 MİLYARD DOLLARDIR
Amma aylar ərzində "PetroChina"nın səhmləri ucuzlaşmağa başladı və 10 illik müddətdə "ərimə" 800 milyard dollara çatıb. "Bloomberg"ə görə, bu miqdarla İtaliyadakı bütün şirkətləri satın almaq, ya da dünyanın ətrafını 100 dollarlıq əskinaslarla əhatə etmək mümkündür.
Son statistikalar "PetroChina"nın dəyərinin 200 milyard dollardan aşağı olduğunu göstərir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
"Apple" baxımından isə bəzi araşdırmalara görə, buna Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatı da daxil, ağıllı telefon satışları yüksək həddə çatıb.
"Apple"ın gəlirlərinin 56%-nin iPhone satışlarından gəldiyi düşünülsə, şirkət üçün gələcəkdə bəzi problemlər çıxa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








