İstehlak kreditlərində artım yavaşlayıb
Bankların ev təsərrüfatlarına ayırdıqları xalis kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər xaric) İyunda da artıb, Lakin May ayı ilə müqayisədə artım yavaşlayıb.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, May ayı ilə müqayisədə İyunda ev təsərrüfatlarına ayırılmış xalis kreditlər (istehlak kreditləri) 24,1 milyon manat artaraq 3 milyard 30,9 milyon manata çatıb.
2018-ci ildə istehlak kreditlərində ən böyük artım May ayında qeydə alınmışdı. İstehlak kreditləri mayda 102,2 milyon manat artaraq 3 milyard 6,8 milyon manata çatmışdı.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
İyunda ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə cəmi 0,2 milyon manat artaraq 1 milyard 793.3 manata çatıb. Mayda artım 8,3 milyon manat təşkil etmişdi.
Beləliklə, cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 24,3 milyon manat artaraq 4 milyard 824.2 milyon manata yüksəlib.
Ötən ilin sonu ilə müqayisədə isə yanvar-iyun aylarında ev təsərrüfatlarına ayırılmış xalis kreditlər 161,7 milyon manat, ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə 56 milyon manat artıb. 6 ayda cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər isə (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 217,7 milyon manat artıb.
May ayının sonu ilə müqayisədə İyunda cəmi kredit qoyuluşları 160,1 milyon manat artaraq 12 milyard 105.6 milyon manata çatıb. Bu artımın 15%-i ev təsərrüfatlarına ayrılmış kreditlərin artması hesabına yaranıb.
Mayda cəmi kreditlər 129,7 milyon manat artaraq 11 milyard 945.5 milyon manata çatmışdı.
May ayı ilə müqayisədə İyunda ticarət və xidmət sektoruna verilən kreditlər 40,5 milyon manat, inşaat və əmlak sektoruna verilən kreditlər 5,2 milyon manat, nəqliyyat və rabitəyə verilən kreditlər isə 56 milyon manat artıb. Energetika, kimya və təbii ehtiyatlar sektoruna, kənd təsərrüfatı və emal sektoruna, sənaye və istehsal sektoruna verilən kreditlər isə azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








