“Mətanət A” Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis vakansiyasını elan edir
İşin təsviri:
-İSO 9001 Keyfiyyət İdarəetmə Sisteminə (KİS) uyğun olaraq şirkətin normativ sənədlərini hazırlamaq;
- Şirkətin struktur bölmələrində KİS üzrə sənədlərin və prosedurların, təlimatların hazırlanması, monitorinqini və razılaşdırlmasını təmin etmək;
-İSO 9001 KİS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
-Şirkətin struktur bölmələrinin İSO 9001 idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
-İSO 9001 KİS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
-Hazır məhsulu saxlama, satış və qaytarma anbarlarında mütəmadi keyfiyyət nəzarəti yoxlamalarını həyata keçirmək;
-Məhsulların saxlama anbarlarında dezinseksiya və deratizasiya tədbirlərinin planlanması, təşkili və həyata keçirilməsinə nəzarəti həyata keçirmək;
- İdxal olunan məhsulların anbara qəbulu zamanı nəzarətin aparılması, aşkar olunan uyğunsuzluqlara dair tədbirlərin görülməsi və nəticəni izləmək;
-Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
-Uyğunsuzluqların və hadisələrin qeydiyyatı, təhlili, araşdırılması, qabaqlayıcı tədbirlərin planlaşdırılması və icrasına nəzarət.
Əmək haqqı:
-Razılaşma yolu ilə.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
Tələblər:
-Yaş həddi: 28-40
-Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində), və ya texniki yönümlü ali təhsil
-İş təcrübəsi: Bu sahə üzrə minimum 2 il təcrübə;
-Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2008, İSO 9001:2015 sertifikatlara malik olması);
-KİS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
-Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
-Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
Şəxsi keyfiyyətləri:
-Liderlik;
-İşə planlı yanaşma;
-Fikrini izah etmək qabliyyəti;
-Ünsiyyət yaratmaq bacarığı;
-Analitik düşünmə qabiliyyəti;
-Fəallıq.
Əlavə şərtlər:
-Ezamiyyət imkanları;
Əlavə tələblər:
-Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected] ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 16 d. əvvəl
-
27 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 31 d. əvvəl
-
43 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)




.jpg)




.jpg)








