Elektrik qızdırıcılarını alarkən nəyə diqqət yetirməliyik?
Hazırda mövsümlə əlaqədar olaraq istehlak bazarında alıcılara geniş çeşiddə müxtəlif elektrik qızdırıcıları təklif olunur. Lakin bir sıra hallarda bu malların keyfiyyəti və təhlükəsizliyi mövcud standartların tələblərinə cavab vermir. Bu isə istehlakçıların aldadılmasına, hüquqlarının pozulmasına və onların ciddi təhlükə ilə üzləşməsinə səbəb olur.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara seçim etməzdən qabaq bu cihazların xüsusiyyətləri ilə diqqətlə tanış olmağı tövsiyə edir.
Qurumdan bildirilib ki, elektrik məişət qızdırıcıları iş prinsipi və quruluşlarına görə əsasən yağ qızdırıcı radiatorlar, istilik ventilyatorları, konvektorlar, infraqırmızı qızdırıcılar və sair növlərə bölünürlər. Yağ qızdırıcı radiatorlar kifayət qədər geniş sahəni qızdıra bilir və qiymətləri yüksək olmur. Bu növ radiatorlar səssiz işləyir və təhlükəsizdir. Yağ radiatorları gec qızır, çəkiləri ağır, ölçüləri böyük olur. Onlar otağın havasını və döşəmənin örtüyünü quruda bilərlər.
İstilik ventilyatorları isə nisbətən ucuz, kiçik ölçülü və kifayət qədər gücə malik olur. Bu növ cihazlarda ventilyatorun quraşdırılması isti havanın hərəkətə gətirilməsini və otağın qısa zamanda isidilməsini təmin edir. Bu cihazların çatışmayan cəhətləri isə qızdırıcı elementinin açıqda olması, oksigeni yandırması və işlədiyi zaman müəyyən qədər səsli olmasıdır.
Konvektorlar nisbətən az enerji sərfiyyatı ilə fərqlənirlər. Onlar çox baha deyil və uzun müddət istifadə oluna bilir. Yağ radiatorlarından fərqli olaraq, bu cihazların ölçüsü və çəkisi kiçikdir.
İnfraqırmızı qızdırıcılardan da son zamanlar geniş istifadə olunmağa başlanılıb. Bu tip cihazlar ən mükəmməl və səmərəli qızdırıcılar hesab olunur. Onlar səssiz işləyir, istifadə üçün rahat, enerji sərfiyyatı göstəricisinə görə sərfəli hesab olunur və yüksək təhlükəsizliyə malikdirlər.
Elektrik qızdırıcıları alarkən istehlakçılar tərəfindən bir sıra vacib məqamlara əməl olunmalıdır. Birinci növbədə bu malları alarkən satıcı tərəfindən onların taradan çıxarılmasına, komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna, lazım gələrsə, onun quraşdırılıb yoxlanılmasına diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan analoji mal nümunələri ticarət zalında yerləşdirilərkən onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa məlumat olmalıdır.
Satıcı istehlakçının tələbi və iştirakı ilə həmin malların iş prinsipinin, standartlara uyğunluğunun əyani nümayiş etdirilməsinə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumatların verilməsinə, mala aid sənədlərin təqdim edilməsinə borcludur. Bu malları alarkən onunla bərabər istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədləri, satış yeri və tarix göstərilməklə istismar üzrə təlimatlar və sair sənədləri tələb etməyi unutmayın.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətəndaşlardan elektrik qızdırıcıları alarkən cihazın texniki parametrləri, təhlükəsiz istifadə şərtlərinə aid ətraflı məlumatlarla tanış olmalarını tövsiyə edir. Eyni zamanda, kustar üsulla hazırlanmış təhlükəsizlik tələblərinə cavab verməyən elektrik istilik cihazlarını almaqdan çəkinmələrini məsləhət görür.
©Azərtac
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
- 24 d. əvvəl
-
55 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma













.jpg)







