“Günay Bank”ın vəziyyəti məlum oldu - QAZANCI 7 DƏFƏ AZALIB
Mətbuatda mənimsəmə olduğu iddia edilən “Günay Bank” ASC 2018-ci ilin 1-ci yarısını 617 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründə olduğundan 7,2 dəfə azdır. “Günay Bank" 2017-ci ilin yanvar-iyun aylarında 4 milyon 474 min manat məbləğində xalis mənfəət əldə etmişdi.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ilin birinci yarısında 3 milyon 375 min manat təşkil etmiş faiz gəlirləri 2018-ci ilin birinci yarısında 4 milyon 303 min manat təşkil edib. Müqayisə olunan dövrdə, qeyri-faiz gəlirləri isə 3 milyon 353 min manatdan 4 milyon 831 min manata yüksəlib. Qeyri- faiz gəlirlərinin 3 milyon 38 min manatı valyuta əməliyyatlarından gəlirin payına düşüb.
Xərclər çıxıldıqdan sonra Bankın 3 milyon 916 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 3 milyon 299 min manatı aktivlər üzrə (ehtimal olunan kredit və depozit itkiləri üzrə ) mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrıldığından Bankın xalis mənfəəti 617 min manat təşkil edib.
2017-ci ilin birinci yarısında“Günay Bank" 3 milyon 149 min manat əməliyyat mənfəəti əldə etmiş, həmçinin ehtiyatlardan 1 milyon 325 min manat azad olaraq mənfəətə əlavə olunmuşdu. Bu səbəbdən Bankın xalis mənfəəti 4 milyon 474 min manata yüksəlmişdi.
AKTİVLƏRİ AZALIB
30 İyun 2018-ci il tarixində “GünayBank” ASC 181 milyon 695 min manat cəmi aktivlərə, 120 milyon 970 min manat cəmi öhdəliklərə və 60 milyon 725 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2017-ci il tarixində “Günay Bank” 192 milyon 209 min manat cəmi aktivlərə, 131 milyon 931 min manat cəmi öhdəliklərə və 60 milyon 278 min manat cəmi balans kapitalına malik idi.
Ötən ilin sonunda 139 milyon 498 min manat olmuş kreditlər, 30 İyun 2018-ci il tarixində 147 milyon 734 min manata yüksəlib. Nağd vəsaitlər isə 15 milyon 748 min manatdan 19 milyon 683 min manata qalxıb.
Aktivlərin azalmasının səbəbi 6 ay ərzində Mərkəzi Bankda müxbir hesabdakı vəsitin 31 milyon 136 min manatdan 3 milyon 90 min manata, "Nostro" hesabların isə 12 milyon 954 min manatdan 811 min manata geriləməsidir.
"Günay Bank" maliyyə institutlarının depozitlərindən qaytarıb. 6 ay ərzində Banklar istisna olmaqla, digər maliyyə institutlarının depozitləri 15 milyon 476 min manatdan 5 milyon 209 min manata düşüb. Bankın digər passivləri də azalıb.
Mətbuat “Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun Bankın pullarını mənimsədiyini yazmışdı.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 22 saat sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
1 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















