“Caspian European Club”a sədr müavini təyin edilib
Natalya Əliyeva “Caspian European Club”un sədrinin beynəlxalq informasiya layihələrin inkişafı üzrə müavini təyin edilib.
Klubdan verilən məlumata görə, N.Əliyeva “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktorudur.
Natalya Əliyeva 1973-cü il 27 mart tarixində Bakıda anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis ixtisası üzrə təhsil alıb. 1994-cü ilin iyun ayında ANS teleradio yayım şirkətində ştatdankənar müxbiri vəzifəsində çalışıb.
Həmin andan bu günə qədər Azərbaycanın neft-qaz strategiyasının, eyni zamanda yalnız Azərbaycan üçün deyil, həm də bütün region üçün əhəmiyyətli olan neft-qaz müqavilələrinin, o cümlədən, “Əsrin müqaviləsi” və “Şahdəniz” müqaviləsinin həyata keçirilməsi, ümummilli lider Heydər Əliyevin Prezident Aparatında neft-qaz mövzusunda keçirilən bütün görüşlərin işıqlandırılması üzərində çalışıb, bu mövzuda bir sıra müsahibələr alıb.
1994-cü ilin payızında ANS şirkətinin nəzdində “ANS – Petroleum” həftəlik informasiya-analitik nəşrini yaradıb və dərc edib.
1997-ci ildə "Azer-press"də işə başlayıb, orada “Azer-Press Oil & Gas” analoji neft-qaz həftəliyini yaradaraq, kommersiya əsasına keçirib, paralel olaraq neft-qaz sahəsində informasiyanın hazırlanması ilə məşğul olub.
1999-cu ilin aprel ayından bu günə qədər "Caspian Energy" Beynəlxalq Media qrupunun baş redaktoru vəzifəsində çalışır.
Enerji şirkətlərinin rəhbərləri və dövlət nazirləri ilə yanaşı, Aİ, ABŞ, Çin, Rusiya, Asiya-Sakit okean və MENA (Middle East North Africa) regionu ölkələrinin dövlət və hökumət başçıları ilə müsahibələr hazırlayıb.
Bir sıra yerli və beynəlxalq internet layihələrinin, elektron və çap KİV-lərinin yaradıcısı və rəhbəridir.
Ailəlidir, iki oğlan övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
21 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib






















