Netflix, 13 milyard dollar sərmayə yatıracaq
1997-ci ildə DVD kirayəsi şirkəti olaraq qurulan, ancaq sonra onlayn video platforması olaraq qlobal bir şirkətə çevrilən "Netflix", dünyanın ən böyük video əyləncə mənbəyi olmaq yolunda daha bir addım atır.
2017-ci ilin Oktyabr ayında, bu il orijinal filimlər istehsal etmək üçün 8 milyard dollar investisiya edəcəyini açıqlamış "Netflix", bu məbləği 13 milyard dollara qaldırıb. "Netflix", keçən il eyni məqsədlə 6.3 milyard dollar xərcləmişdi. "Goldman Sachs", 2022-ci ildə bu investisiyanın 23 milyard dollara yaxınlaşacağını ehtimal edir.
Rəqibləri CBS və "Game of Thrones"ın sahibi HBO isə ötən il müvafiq olaraq 4 və 2.5 milyard dollar sərf etmişdi.
"The Economist"in məlumatlarına görə, "Netflix" bu il 82 film çəkəcək. Bu say 33 filmə imza atacaq "Warner Bros" və "Disney" kimi nəhənglərin istehsalından iki dəfə çoxdur.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
Araşdırmalara görə, televiziyada video məzmun izləməyin ən populyar forması "Netflix"dir. 2500 nəfər arasında keçirilmiş sorğuda istifadəçilərin 27%-i video məzmun izləmək üçün "Netflix"i istifadə etdiyini bildirib, kabel yayımı deyənlər 20%, açıq televiziya deyənlər 18% və Youtube deyənlər 11% olub.
18-35 yaş arasında isə "Netflix"in payı 40%-ə qədər çıxır. Şirkətin ABŞ-da 57 milyon, ABŞ xaricində isə 124 milyon abunəçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
39 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























