OPEC-in iclası başladı
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 174-cü növbəti iclası Avstriyanın paytaxtı Vyanada başlayıb. "Marja" xəbər verir ki, iclasda neft qiymətlərinin artmasını təmin etmək məqsədilə həyata keçirilən hasilatın azaldılması müqaviləsinin necə uzadılıb-uzadılmayacağı müzakirə ediləcək.
OPEC-in Baş Qərargahındakı toplantıda, OPEC üzvü olan 14 ölkənin neft nazirləri iştirak edir.
"ÖTƏN 2 İLDƏ İNŞA ETDİKLƏRİMİZİ DAĞITMAYACAĞIQ"
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Energetika və Sənaye Naziri Suhail bin Məhəmməd əl Mazrui, iclas öncəsi mətbuat nümayəndələrinə verdiyi açıqlamada, mətbuata bağlı keçiriləcək iclasda açıq müzakirələrin aparılacağını və hamı üçün məqbul bir adım atılması üçün hərəkət edəcəklərini söyləyib.
Suhail bin Məhəmməd əl Mazrui, "Kimin nə qədər istehsal etdiyi və ya istehsalını nə qədər artıracağından çox, neft bazarlarının stabilliyini qorumaq lazımdır. Ötən iki ildə inşa etdiklərimizi dağıtmayacağıq. Fərq qoymadan hər kəsin müqaviləni növbəti səviyyəyə qaldırmaq üçün ehtiyatla hərəkət edəcəyinə inanıram" deyib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
18 ay əvvəl verilən qərarın neft bazarlarında yaratdığı sabitliyin, qlobal bazara da təsir etdiyini bildirən Suhail bin Məhəmməd əl Mazrui, neft bazarlarında yenidən tarazlıq təmin olunması prosesinin uğurla getdiyini söyləyib.
Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih OPEC-ə daxil olmayan istehsalçı ölkələrin fəaliyyətlərini yaxından izlədiklərini bildirərək, "ABŞ-ın gündəlik 2 milyon barrel istehsalı var və ehtiyatı çox yüksəkdir. Mən Səudiyyə Ərəbistanının ehtiyatının 3-4 milyon barel olmasını istəmirəm",- şərhini edib.
İranın OPEC-in siz bugünkü iclasında ABŞ-ın bu ölkəyə yönəlmiş sanksiyalarını pisləməsi istiqamətində tələbinin olduğuna dair sualı cavablandıran Xalid əl-Falih, OPEC-in siyasətdən kənar olduğunu, belə bir vəziyyətin söz mövzusu olmadığını, OPEC-in əsas sahəsinin iqtisadi bazarlar olduğunu deyib.
"OPEC TRAMPTAN TƏLİMAT ALA BİLMƏZ"
İran neft naziri Bijen Namdar Zəngənə də İranın ən önəmli prioritetinin hazırkı neft hasilatını mühafizə edərək və ölkəsinin neft hasilat miqdarını artırmaq olduğunu qeyd edib.
Zəngənə, ABŞ Prezidenti Donald Trampın OPEC-ə yönəlmiş açıqlamalarını tənqid edərək, "OPEC olaraq biz müstəqil qurumuq, biz bura Prezident Trampdan təlimat almaq üçün gəlməmişik. Biz Beynəlxalq Atom Enerji Agentliyi kimi Prezident Tramptan əmr alıb onu həyata keçirən qurumlardan deyilik"-, deyib.
OPEC üzvü və OPEC üzvü olmayan istehsalçıların bir araya gələcəyi günortadan sonrakı digər iclasda, 2016-nın Noyabr ayında razılaşdırılmış və 173-üncü iclasda daha 9 ay uzadılan neft istehsalının azaldılması müqaviləsi müzakirə olunacaq.
OPEC-in 2016-nın may ayında həyata keçirdiyi toplantıda, OPEC-in illik neft istehsalını gündəlik 1,2 milyon barrel, Rusiyanın da aralarında olduğu OPEC üzvü olmayan ölkələrin də hasilatlarını 600 min barel azaltması barədə razılığa gəlmişdilər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























