"General Electric" "Dow Jones" İndeksindən çıxarıldı
ABŞ-ın köklü şirkətlərindən biri olan və 126 il əvvəl Tomas Edison tərəfindən yaradılmış "General Electric"in "Dow Jones" (Dou Cons) Sənaye İndeksindən çıxarıldığı bildirilib.
"Marja" xəbər verir ki, "Dow Jones" Sənaye İndeksinin fəaliyyətini təmin edən "S&P Dow Jones Indices" adlı şirkətdən bildiriblər ki, indeksdəki 30 şirkət arasında, 26 İyun Çərşənbə günündən etibarən artıq "General Electric" yer almayacaq.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
ABŞ iqtisadiyyatının son əsrdə dəyişikliyə uğradığının qeyd edildiyi açıqlamada, ölkə iqtisadiyyatında daha çox istehlakçı, maliyyə, səhiyyə və texnologiya sahələrindəki şirkətlərin önə çıxdığına diqqət çəkilib.
Açıqlamada, "Dow Jones" Sənaye İndeksində "General Electric"in yerinə ABŞ-ın ən böyük ikinci aptek şəbəkəsi olan "Walgreens"in sahibi olan "Walgreens Boots Alliance" adlı şirkətin keçəcəyi qeyd edilib.
"Walgreens Boots Alliance"ın səhminin dəyərinin daha yüksək olduğuna işarə edilən açıqlamada, bu şirkətin "Dow Jones" Sənaye İndeksinə daha mənalı töhfə verəcəyi, Amerika iqtisadiyyatı və bazarlarını daha yaxşı təmsil edəcəyi vurğulanıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Açıqlamanın ardından, Nyu-York Birjasının bağlanmasından sonra keçirilmiş məhdud əməliyyatlarda, "General Electric"in səhminin qiyməti 2,1 faiz düşərək 12,68 dollara qədər geriləyib və şirkətin bazar dəyəri 111 milyard dollar olub.
Nasdaq Texnologiya İndeksində ticarət olunan "Walgreens Boots Alliance"ın səhminin dəyəri isə 4,4 faizə dəyər qazanaraq 67.45 dollara yüksəlib və şirkətin bazar dəyəri 66,5 milyard dollar olub.
1907-ci ildən bu yana "Dow Jones" Sənaye İndeksində yer alan və 111 il indeksdə fasiləsiz ən uzun müddətli ticarət olunan "General Electric"in səhmləri keçən il 45% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)








