Sumqayıt Texnologiyalar Parkı beynəlxalq sərgidə iştirak edir-Foto
Bakıda Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisi başlayıb.
Sumqayıt Texnologiyalar Parkı MMC də 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir.
İyunun 1-nə qədər davam edəcək sərgidə STP öz geniş çeşidli portfelini nümayiş etdirir.
Belə ki, sərgidə STP 90 kv.m-ə yaxın sahədə məhsullarının keyfiyyətini istehlakçılara bir daha xatırladır, yeni biznes əlaqələri və təcrübə imkanları qurmağa imkanı yaradır.
Sərgidə ziyarətçilərə və iştirakçılara stenddə quraşdırılmış monitorlar vasitəsilə texnoparkın tərkibində fəaliyyət göstərən 12 zavod və 30-dan artıq istehsal sahəsində ən son texnologiyaların tətbiqi ilə neft-qaz sektoru üçün istehsal olunan məhsullar və xidmətlər haqqında videoçarx təqdim edilir.
Onu da qeyd edək ki, ziyarətçilər STP-nin məhsulları ilə tanış olmaqla yanaşı, istehsalat barədə müxtəlif təşviqat materialları da əldə edir. Həmçinin təşkil olunan müsabiqələrdə iştirak edərək, müxtəlif hədiyyələr qazana bilirlər.
Sərgiyə 2013-cü ildən davamlı olaraq qatılan Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb.
Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir.
Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























