21-ci əsrdə kapitalın vəziyyəti necədir?
www.readit.az saytının sizə təqdim etdiyi növbəti məqalə vasitəsilə müasir dövrdə kapitalın vəziyyəti və mahiyyəti haqqında ətraflı məlumat ala biləcəksiniz. Məqalə saytımıza qısa məzmunu yerləşdirilmiş “21-ci əsrdə Kapital” (Tomas Piketti) kitabı əsasında hazırlanıb. Onu da qeyd edək ki, kitab Azərbaycan dilinə tərcümə edilməyib.
Müəllifin kitabı nəşr olunduqdan sonra bir çox tənqidçilər və ekspertlər tərəfindən böyük səs-küylə qarşılandı. Kitabın adı Marksın “Kapital” əsərini xatırlatsa da, müəllifin də qeyd etdiyi kimi onun sosializmlə heç bir əlaqəsi yoxdur.
“21-ci Əsrdə Kapital” kitabı ümumi mənada, gəlir bərabərsizliyindən bəhs edir. O, gəlir və kapitalın 18-ci əsrdən etibarən necə dəyişdiyini konkret məlumatlar vasitəsilə göstərir. Piketti bu kitabda 20-dən çox ölkənin məlumatlarını akademiklərdən ibarət bir komanda ilə araşdıraraq, bir növ kapitalizmin xəritəsini formalaşdırıb. 15 il ərzində yazılan bu kitabın ən əhəmiyyətli xüsusiyyəti təxminən üç yüz illik məlumatlardan ibarət bir baza yaratmasıdır.
Piketinin əsas fikri bundan ibarətdir: İnvestisiya edilən kapitalın həcmi (fond bazarında, daşınmaz əmlak bazarında) gəlirdən daha sürətlə artır. Buradan belə bir nəticə çıxarmaq olar ki, investisiya etmək üçün sizin ilk öncə pulunuz olmalıdır (məvacibdən əlavə). Belə ki, məvacibdən gələn gəlir ilə siz heç vaxt doğuşdan varlı olan insanlara çata bilməzsiniz. Pikettinin düşüncəsinə görə, varlılarla digərlərinin nisbəti (1% / 99%) normadan kənar deyil, bu anormallıq kapitalizmin ayrılmaz xüsusiyyətidir.
Məhz bu fikirlərinə görə bu kitab belə populyarlıq qazandı və ən çox satılan kitablar sırasına daxil oldu. Bu kitab Pikettini o qədər məşhurlaşdırdı ki, Kanada qanunvericiliyi minimal əmək haqqı qanununda onun mülahizələrinə istinad edir.
Piketti kitabda müasir dövrün ictimai bərabərsizliyi azaltmadığını, əksinə artırdığını vurğulayır. Müəllifin fikrincə, ənənəvi cəmiyyətlərdəki sosial ədalətsizliyin səbəbi təbəqələr arasındakı ziddiyyətlər idi. Sənayə inqilabı bu vəziyyəti daha da çətinləşdirdi. Bu isə böyük ehtimalla, daha səmərəli istehsal növlərinin (maşın, texnologiya və s.) üzə çıxması və ya daha ədalətli bölgü və demokratik cəmiyyət arzusunun reallaşmaması ilə bağlı idi.
Müəllif bütün dünyada bərabərsizliyin çox böyük olduğunu, bunun bəzən eyni qitə, hətta eyni ölkə daxilində belə özünü aydın şəkildə göstərdiyini qeyd edir. Bu bərabərsizlik gəlir və istehsal bərabərsizliyi olmaqla, iki cürdür. Ancaq dünya miqyasında gəlir bərabərsizliyi istehsal bərabərsizliyindən xeyli yüksəkdir.
Son olaraq, müəllifin fikrincə, əbədi bərabərsizlik dairəsindən yayınmağa və yığım dinamikasına nəzarət etməyə imkan verən ideal həll sərmayədən qlobal miqyaslı və davamlı artan bir verginin alınmasıdır. Belə bir vasitə həmçinin, sərvətlər üzərində demokratiya və maliyyə şəffaflığı yaradacaq. Bu isə bankçılıq sisteminin və beynəlxalq kapital axınının effektiv formada nizamlanmasının əsas şərtidir. Sərmayə vergisi iqtisadi azadlığı və rəqabət gücünü qorumaqla yanaşı, ümumi mənfəətin xüsusi maraqlardan üstün olmasına kömək edə bilər. Bu ideal qurumun əvəzinə müvəqqəti həllər kimi təklif edilən beynəlxalq sistemlər belə bir fayda verə bilməz. Ancaq sərmayəni həqiqətən qlobal şəkildə vergiləndirmək şübhəsiz ki, utopiyadır. Yenə də region və ya qitə miqyasında, xüsusilə də Avropada və belə bir nizamlanmanın olmasını istəyən ölkələrdən başlayaraq, bu üsulu sınamaq olar.
Sonda əlavə edək ki, əgər sizi Siyasət və İqtisadiyyat mövzusunda kitablar maraqlandırırsa, Readit.az saytında bu sahədən olan kitabların qısa məzmunlarını oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
13 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
15 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)









.jpg)



