ABŞ-da çənlərdə xam neft ehtiyatları artıb
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 5,8 milyon barel (1,3 faiz) artımla 438,1 milyon barelə çatdığını açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 1,5 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,4 milyon barel azalmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,7 milyon barrel (0,1 faiz) azalaraq 661,3 milyon barrelə enib.
ABŞ-ın benzin ehtiyatları ötən həftə 1,9 milyon barel (0,8 faiz) artımla 233,9 milyon barelə yüksəlib.
Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,4 milyon barrel azalma görüləcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,8 milyon barrel azalma göstərmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 558 min barel artımla 8,16 milyon barelə qalxıb, xam neft ixracı isə gündəlik orta hesabla 818 min barrel azalma ilə 1,75 milyon barrelə enib.
Xam neft hasilatı son 19 həftədə 18 dəfə yüksəlib
Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 2 min barel artımla 10 milyon 725 min barrelə çıxıb. Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 19 həftədə də 18 dəfə artım göstərmişdir.
EIA-nın 2018-ci ilin May ayı hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı nəzərdə tutulur.
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı artımın ardından qlobal bazarda xam neft qiymətləri düşüb.
Bakı vaxtı ilə saat 22:00-da Brent növü neftin barrel qiyməti 78,23 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftinin barrel qiyməti də 71,27 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
44 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 44 d. əvvəl
-
7 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
7 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
7 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
8 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























