Qaradağda nəhəng kompleksin tikintisinə başlanacaq tarix açıqlandı - 4 MİLYARD
SOCAR GPC kompleksinin tikintisinə bu ilin sonu - gələn ilin əvvəlində başlanılması planlaşdırılır.
Bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, şirkətin Qaz emalı və Qaz-kimya zavodlarından ibarət SOCAR GPC kompleksinin tikintisinə bu ilin sonu - gələn ilin əvvəlində başlanılması nəzərdə tutulur. Kompleks Qaradağ qəsəbəsində 305 hektar ərazidə yerləşəcək.
Qeyd edək ki, “SOCAR GPC” layihəsinin 2022-ci ilin birinci rübündə başa çatacağı nəzərdə tutulur. Layihə çərçivəsində illik istehsal gücü 10 milyard kubmetr olan qaz emalı zavodu və qaz-kimya zavodunun inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə Buten-1 və Hexen-1 qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılır. SOCAR GPC layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələr əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan “HQC” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin ümumi dəyəri 4 milyard dollar təşkil edir. Kompleksdə istehsal edilən məhsulların 50 faizi Türkiyəyə ixrac olunacaq. Bununla yanaşı, Yaxın Şərq, Çin və bəzi Avropa ölkələri də potensial bazar kimi qiymətləndirilir.
“ING Bank”, Çin İnkişaf Bankı və “Gazprombank” birgə maliyyə məsləhətçiləri seçilib. “Vinson & Elkins” “SOCAR GPC”nin beynəlxalq hüquq məsləhətçisi, “PSG” hüquq firması isə Azərbaycanda hüquq məsləhətçisi xidməti göstərir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
57 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





