Sənaye parklarının və məhəllələrinin yaradılması üzrə görülən son işlər açıqlanıb
Dünən İqtisadiyyat Nazirliyində geni kollegiya iclası keçirilib.
İqtisadiyyatın prioritet sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlər barədə məlumat verən nazir Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parklarının və məhəllələrinin yaradılması, sənaye zonalarına yeni rezidentlərin cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələrə rezidentlər tərəfindən 3 mlrd. dollara yaxın sərmayə qoyulacaq. Hazırda Sənaye Parkında 6 müəssisə fəaliyyət göstərir. 2018-ci ildə müxtəlif tipli tikinti məhsulları (qatqıları) istehsal edəcək Silisium Kalsium İstehsalat Müəssisəsi, Tütün məmulatları (siqaret) istehsal edəcək “Tabaterra” QSC, Karbamid (azot gübrəsi) istehsal edəcək SOCAR-ın Karbamid Zavodu, “Polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək “SOCAR Polymer” MMC, Ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsal edəcək Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, sənaye istifadəsi üçün polimerdən kisə və torbalar istehsal edəcək “SumPlast” MMC və Məlumatların (datanın) emalını həyata keçirəcək “Nexus Labs” MMC olmaqla, ümumilikdə 7 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur. Sahibkarların artan marağı nəzərə alınaraq, Parkın ərazisinin genişləndirilməsi istiqamətində hüquqi sənədlərin hazırlanması işləri başa çatdırılıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 11 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir, digər 6 rezident (polietilen və polipropilen tullantılarının təkrar emalı, yapışqan lent (skoç), biodizel üçün xammal, kömür (aktiv kömür), gübrə və yem, plastik tor, meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə) isə yaxın zamanlarda fəaliyyətə başlayacaq. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların BSP-yə göstərdiyi maraq nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib.
Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 2018-ci ilin fevralında pambıq-poliester və iplik istehsal edən 2 fabrik istifadəyə verilib. Sənaye Parkında boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə də müəssisələrin yaradılması nəzərdə tutulur.
Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı gəmiqayırma zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur.
Pirallahı Sənaye Parkında hazırda tikinti işləri aparılır və 3 müəssisəyə rezident statusu verilib. Azərbaycan-Rusiya birgə müəssisəsi olan əczaçılıq zavodunun layihələndirmə işləri davam etdirilir, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun açılışı bu ilin 4-cü rübündə gözlənilir.
Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin hazırda 9 iştirakçısı var və indiyədək burada yaradılan müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulub. Hazırda 225 nəfərin çalışdığı sənaye məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada işləyənlərin sayı 500-ə çatdırılacaq. Bu il sənaye məhəlləsinin daha bir rezidenti – “Azprodukt” MMC-nin balıq emalı və konservləşdirilməsi müəssisəsi fəaliyyətə başlayacaq.
Masallı Sənaye Məhəlləsində tikinti işləri tam başa çatıb. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərirlər və onlar tərəfindən icra olunması üçün ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Artıq 2 sahibkar sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınıb və hazırda digər layihələr üzrə təhlillər aparılır. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində ilkin mərhələdə ümumi dəyəri 7,1 mln. manat olan 9 layihə icra ediləcək.
Hacıqabul Sənaye Məhəlləsində həyata keçirilən tikinti işləri 2018-ci ildə başa çatacaq. Sənaye məhəlləsində reallaşdırılması üçün ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, tikinti materiallarının istehsalı avadanlıqları, avtomobil və plastik məmulatların istehsalı zavodlarının yaradılmasına dair müraciətlər daxil olub. Daxil olmuş təkliflər araşdırılıb və “ATEF Sənaye Kompleksi” MMC və “Plassttech” MMC-nin Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı kimi qəbul edilməsi qərara alınıb.
Sabirabad Sənaye Məhəlləsində də tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur. Artıq sənaye məhəlləsində işlənmiş təkərlərin təkrar emalı, bio-gübrələrin (orqanik) istehsalı, yun tədarükü məntəqəsinin yaradılmasına dair təkliflər daxil olub. Hazırda bu təkliflər araşdırılır.
Kollegiya iclasında Şahin Mustafayev sənaye parkları və məhəllələrinin təşkili və genişləndirilməsi işlərinin davam etdirilməsi, digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırılması, sənaye zonalarına yeni rezidentlərin cəlb olunması, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin özünü maliyyələşdirməsi məsələsinin araşdırılması, Mingəçevir Sənaye Parkında yeni müəssisələrin yaradılmasına, “Khazar” Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərin bazarda daha geniş şəkildə təqdim olunmasına dair təkliflərin hazırlanması barədə Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 29 d. əvvəl
-
36 d. əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
1 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
2 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib


















.jpg)




