Sığorta bazarının göstəriciləri açıqlandı - SON RƏQƏMLƏR
Sığorta haqları 55%, ödənişlər isə 4% artıb.
2018-ci ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 301.4 mln. manat məbləğində sığorta haqları toplanıb və 78.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
2017-ci ilinilk 4 ayı ərzində hesablanmış sığorta haqları 194 milyon 172 min manat təşkil etmiş, 75 milyon 319 min manat manat sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-aprel ayları ərzində yığımlar 55%, ödənişlər isə 4% artıb.
Könüllü sığorta bazarı üzrə haqlar 220.9 mln. manat, ödənişlər isə 56.9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 80.5 mln. manat, ödənişlər isə 21.6 mln. manat olub.
2018-ci ilin yanvar-aprel ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.3%-i könüllü, 26.7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72.5%-i könüllü, 26.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
2018-ci ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb







.jpg)








.jpg)



