Belarus Azərbaycan bazarında payını artırır
Azərbaycanın 2018-ci ilin yanvar-aprel aylarındakı 3 milyard 26 milyon dollarlıq cəmi idxalının təxminən 30%-i və ya 994 milyon dolları Rusiya və Türkiyədən həyata keçirilib. Ötən ilin ilk 4 ayında bu iki ölkədən idxal 765 milyon dollar təşki etmişdi.
“Marja” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, müqayisə olunan dövrdə Rusiyadan idxal 406 milyon 360 min dollardan 526 milyon 533 min dollara, Türkiyədən idxal isə 358 milyon 876 min dollardan 468 milyon 167 min dolara yüksəlib.
Çindən də idxal artıb. Ötən ilin yanvar-aprel dövründə Çindən idxal 211 milyon 765 min dollar ikən bu ilin eyni dövründə306 milyon 913 min dollar təşkil edib.
Belarusun Azərbaycana ixracının artması diqqəti cəlb edir. 2017-ci ilin ilk 4 ayında Azərbaycana cüzi ixracı olan Belarus, 2018-ci ilin 4 ayında Azərbaycana 94 milyon 348 min dollarlıq məhsul ixrac edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























