4 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-ü mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "PAŞA Bank", "Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azərbaycan"dır. Adları çəkilən banklar bu ilin yanvar-mart aylarında dövlət büdcəsinə müvafiq olaraq 5,916 milyon manat, 1,132 milyon manat, 375 min manat və 301 min manat, ümumilikdə 7,724 milyon manat mənfəət vergisi ödəyiblər.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Qalan 26 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 7-si I rübü zərərlə başa vurmuş "Access Bank", "AGBank", "Amrah Bank", "Bank VTB Azərbaycan", "Muğan Bank", "Nikoyl Bank" və "Turan Bank"dır ki, onların mənfəət vergisi ödəməməsi təbiidir.
2 bank mənfəət vergisi ödəmələrini 100% azaldıb
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 4-ü bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 2-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "PAŞA Bank" (21,8 dəfə) və "Azərbaycan Sənaye Bankı"dır (0,8%).
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Digər 2 bankdan 1-i - "Kapital Bank"ın mənfəət vergisi ödəmələri illik müqayisədə 22,1% azalıb. 1 bank - "Yapı Kredi Bank Azərbaycan" isə ötən ilin I rübündə vergi ödəmədiyi üçün onun mənfəət vergisi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 il bundan əvvəl müxtəlif məbləğlərdə mənfəət vergisi ödəmiş "Bank VTB Azərbaycan" və İran Milli Bankının Bakı filialı isə bu ilin ilk 3 ayında vergi ödəməyiblər. Rusiya bankının törəməsi I rübü zərərlə başa vurub, yəni vergiyə pul ayırmaması təbiidir, İran bankı isə mənfəətlə işləsə də, vergi ödəmək məsələsini ilin sonuna saxlayıb. Odur ki, bu bankların mənfəət vergisi ödəmələri 100% azalıb.
Qalan 24 bank isə həm bu ilin yanvar-mart aylarında, həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyiblər. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
© Renkinq
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























