Tiflisdə inşa etdiyi kompleksin ərazisində Heydər Əliyevin xatirəsinə 95 ağac əkilib
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə Azərbaycanın Gürcüstandakı səfirliyi “AS Qrup İnvestment” şirkətlər qrupunun Tiflisdə inşa etdiyi “Dirsi” yaşayış kompleksinin ərazisində ağacəkmə aksiyası təşkil edib.
Ulu öndərin xatirəsinə simvolik olaraq 95 ədəd ağac əkilib.
Səfir Dursun Həsənovla yanaşı tədbirdə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Tiflis merinin müavini Sofio Xuntsaria, Marneul meri Teymur Abazov, Bolnisinin vitse-meri Lonqinoz Həsənov, həmçinin başqa idarə və qurumların nümayəndələri, “AS Qrup İnvestment”in baş direktoru Tural Seyidov və Gürcüstanda fəaliyyət göstərən digər iri Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Heydər Əliyevin Azərbaycanın inkişafına, Gürcüstan və Azərbaycanın dost əlaqələrinin daha da gücləməsinə verdiyi əvəzsiz töhvə barədə danışılıb, onun bugün Gürcüstanda da ölkəmizdəki kimi çox sevildiyi qeyd olunub.
“Dirsi” layihəsi Gürcüstandakı Azərbaycan investisiyasının ən parlaq nümunələrindəndir. Tiflisdə Kür çayının sol sahilində yerləşən “Dirsi” yaşayış kompleksi öz böyüklüyünə görə Gürcüstan paytaxtında “şəhər içində şəhər” kimi tanınır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























