İri bank müştərilərə verdiyi kreditlərin 102 milyon manatından ümidsizdir
PAŞA Bank qrupu, müştərilərə verdiyi cəmi 1 milyard 414 milyon manat kreditlərin 102 milyon manatından və ya 7,2%-dən ümidsizdir.
"Marja"nın məlumatına görə, bunu Mayın 1-də PAŞA Bankın 31 dekabr 2017-ci il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Xəyalə Nağıyeva bildirib.
“2017-ci ildə ümidsiz kreditlərin ümumi portfelə nisbəti azalaraq 7,2% olmuşdur. 2016-cı ildə müvafiq rəqəm 8,2% təşkil edirdi”, - o deyib.
2016-cı ilin sonunda PAŞA Bankın konsolidə edilmiş kredit portfeli 1 milyard 169 milyon manat təşkil etmişdi. Həmin il kreditlərin 8,2%-nin ümidsiz olduğunu nəzərə alasaq, bu, təxminən 96 milyon manata bərabər gəlir.
Ötən ilin sonunda 1 milyard 414 milyon manatlıq kredit portfelinin 1 milyard 259 milyon manatını hüquqi şəxslərə, 155 milyon manatını isə fiziki şəxslərə verilmiş kreditlər təşkil edib. Dəyərsizləşmə ehtiyatı isə 63 milyon 324 min manat olub.
Qeyd edək ki, PAŞA Bank qrupuna PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan daxildir.
HƏMÇİNİN OXU:PAŞA Bank sektorlardakı paylarını açıqladı - TƏQDİMAT

Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























