iPhone satışları kəskin azalıb - RƏQƏMLƏR
ABŞ-ın texnologiya nəhəngi Apple-ın ağıllı telefonu iPhone-un satışları bu ilin yanvar-mart dövründə keçən ilin son 3 ayı ilə müqayisədə azalıb.
"Marja" xəbər verir ki, Apple-ın bu ilin ilk 3 ayına dair dərc etdiyi balansına görə, iPhone satışları ötən ilin oktyabr-dekabr dövrü ilə müqayisədə 32,5 faiz azalma qeyd edib.
Keçən ilin son 3 ayı ərzində dünya üzrə 77,3 milyon olan iPhone satışları, 2018-in ilk 3 ayında 52,2 milyona geriləyib.
Apple-ın ən son və ən bahalı cib telefonu modeli olan iPhone X ötən il 3 Noyabrında bazar təqdim olunmuşdu. Apple, iPhone 8 və iPhone 8 Plus modellərini isə 22 Sentyabrda bazara çıxarmışdı.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Balans məlumatlarına görə, bu ilin ilk 3 ayındakı iPhone satışlarından əldə edilən gəlir də keçən ilin oktyabr-dekabr dövrü ilə müqayisədə 38,3 faiz azalaraq 38 milyard dollara enib. Keçən ilin son 3 ayında iphone satışlarından əldə edilən gəlir 61,6 milyard dollar olmuşdu.
GƏLİRİ VƏ MƏNFƏƏTİ ARTIB
Balans məlumatlarına görə, bu ilin yanvar-mart dövründə şirkətin gəliri ötən ilin eyni dövrünə nisbətən 15,5 faiz artaraq 61,1 milyard dollar təşkil edib. Ötən ilin ilk 3 ayında Appleın gəliri 52,9 milyard dollar idi.
Şirkətin bu ilin yanvar-mart dövründəki xalis mənfəəti də ötən ilin müvafiq aylarına nisbətən 25,5 faiz artaraq 13,8 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə şirkət 11 milyard dollar xalis gəlir əldə etmişdi.
Bundan başqa, şirkətin 100 milyard dollar dəyərində səhmlərini bazardan geri alacağı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






