“Azərikimya”da yeni sədr!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-nin Müşahidə Şurasına yeni sədr təyin olunub.
Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərikimya” İB-nin kollektivinə Birliyin Müşahidə Şurasının yeni sədri İmran Arzumanzadəni tədqim ediblər.
Qeyd edək ki, sözügedən vəzifəni daha öncə Azərbaycan Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin edilən Muxtar Babayev tuturdu. Yeni təyin olunan sədr İmran Arzumanzadə isə bundan öncə “Azərikimya” İB-nin İcraçı direktorunun Satış və satınalmalar üzrə müavini olub.
İ. Arzumanzadə 19 sentyabr 1965-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Burada 247 saylı orta məktəbdə, daha sonra isə Azərbaycan İnşaat İnstitutunda təhsil alıb. O, İnstitutda körpülər və tunellər istiqaməti üzrə inşaat mühəndisi ixtisasına yiyələnib. 1983-1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Ordudan qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayıb. 1985-1990-cı illərdə “Azərittifaq” Reklam-İstehsalat kombinatında çilingər, daha sonra inşaat ustası, 1990-1993-cü illərdə “Azəryol” Elmi-istehsalat müəssisəsində mühəndis, 1993-1995-ci illərdə “Azərbaqroimpeks” xarici-iqtisadi assosiasiyasında baş mütəxəssis, daha sonra Təchizatın təşkili şöbəsinin müdiri vəzifələrində işləyib. 2003-2006-cı illərdə Moskva Dövlət Açıq Universitetində hüquqşünas ixtisası üzrə ikinci ali təhsilini alıb. Burada təhsilini bitirdikdən sonra, 2006-2010-cu illərdə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda şöbə rəisi, daha sonra direktorun nəqliyyat və satış üzrə müavini vəzifələrində işləyib. 2010-cu ildən bu günə kimi isə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində icraçı direktorun satış və satınalmalar üzrə müavini vəzifəsində çalışırdı. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























