“MasterCard Worldwide” tərəfindən yeniliklər tətbiq olunacaq
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində maliyyə sektorunda çalışan əməkdaşların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası ilə birgə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə seminar təşkil olunub.
Palatanın yaydığı məlumat görə, bankların nümayəndələrinin iştirak etdiyi tədbir ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.
Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroğlu ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarında son tendensiyalar, daha geniş yayılmış dələduzluq halları və onlara qarşı mübarizə tədbirləri, habelə texnoloji inkişaf və innovasiyaların tətbiqinin genişlənməsi nəzərə alınaraq bu sahədə atılacaq addımlar haqqında ətraflı məlumat verib.
Tədbirdə, həmçinin “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən tətbiq olunacaq yeniliklər açıqlanıb, qeyd olunan mövzular ətrafında iştirakçıların sualları cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























