"Unicapital" istiqrazların təkrar satışını həyata keçirəcək
"Unicapital" METAK istiqrazlarının təkrar bazar və repo əməliyyatlarını həyata keçirəcək. Bu haqda "Unicapital" İnvestisiya Şirkətinin baş meneceri Heydər İbrahimli bildirib.
“Bakı Fond Birjasında “METAK” MMC-nin istiqrazlarının yerləşdirilməsi zamanı sifarişlər 8 investor tərəfindən təqdim edildi və istiqrazlar nominal qiymətlə tam həcmdə yerləşdirildi. İnvestorlar tərəfindən METAK istiqrazlarına tələbin əhəmiyyətli dərəcədə artması, istiqrazların təkrar bazar və repo əməliyyatlarına da marağın yüksək olacağını deməyə əsas verir. Bu əməliyyatlar istiqrazların yerləşdirmə üzrə anderrayteri "Unicapital" İnvestisiya Şirkəti ASC tərəfindən həyata keçiriləcək. İnvestorlar tərəfindən istiqrazlara tələbatın yüksək olmasının əsas səbəblərindən biri də istiqrazların likvid və şərtlərin münasib olmasıdır. Unibank və METAK-ın təminatçı olduğu və yerli fond bazarında yüksək gəlirlik ilə təklif edilən istiqrazlar investorlar üçün əlverişli investisiya aləti hesab edilir”,- o deyib.
Qeyd olunanlarla yanaşı, istiqrazlara olan tələbin artması, qiymətli kağızlar bazarına olan inamın da göstəricisidir. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən qiymətli kağızlar bazarının inkişafına dair aparılan siyasətin və bazarın infrastrukturunun təkmilləşdirilməsinin nəticəsi olaraq, emitent və investorlar MBNP-yə və investisiya şirkətlərinə sərbəst şəkildə müraciət edib məlumatlandırıla bilər. Bu da öz növbəsində, qiymətli kağızların MBNP-da qeydiyyat və daha sonra Bakı Fond Birjasında yerləşdirmə proseslərinin anlayışını əhəmiyyətli dərəcədə asanlaşdırır.
METAK istiqrazları üzrə baş tutan yerləşdirmə qiymətli kağızlar üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı Fond Birjasının universal və yüksək sürətli ticarət imkanları yaradan platforması vasitəsilə kütləvi təklif olub. Bu isə ticarətin ədalətli, təhlükəsiz təşkili üçün şərtlər yaradır və investor bazasının genişlənməsinə müsbət təsir göstərir.
Xatırladaq ki, həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








