Xarici bank Azərbaycanda qazanc əldə edib
Yapı Kredi Bank Azərbaycan 2018-ci ilin ilk rübünün nəticələrini ictimaniyyətə elan edib.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, Yapı Kredi Bank Azərbaycan ötən rüblərdə olduğu kimi, bu rübü də mənfəətlə bitirib.
Bankın ilk rübdə əldə etdiyi mənfəət məbləği 660 min manat olub. Qeyd edək ki, 2017-ci ilin ilk rübündə Yapı Kredi Bank Azərbaycan xalis mənfəəti 2 milyon manat təşkil etmişdi.
Məlumata qeyd edilir ki, Bankın məcmu kapitalını 64.5 milyon manata çatdırıb: "Müqayisə olaraq qeyd etsək, məcmu kapitalın məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur və məcmu kapitalın 60 milyon manatı birinci dərəcəli kapitalın payına düşür. Kapitalın adekvatlıq əmsalında da irəliləmə müşahidə edilir. 2017-ci ilin ilk rübü ilə müqayisədə, 2018 ilin ilk rübündə kapitalın adekvatlıq əmsalı 53% daha da möhkəmlənərək 24.5%-ə çatmıdır".
Banka etibar edənlər günü gündən artır!
Yapı Kredi Bank Azərbaycanın depozit portfelində artım müşahidə edilir. Bu barədə şərh edən bankın İdarə Heyətinin Sədri cənab Cenk Yüksel:
“Yapı Kredi Bank Azərbaycana etibar edənlərin sayı gündən günə artmaqdadır. Ötən ilin ilk üç ayı ilə müqayisədə, bu ilin ilk üç ayında depozit portfelimiz 4.9%, o cümlədən fiziki şəxslərin tələbli depozitləri 19.6%, hüquqi şəxslərin tələbli depozitləri 4.2% artmışdır. Bu artış bizə qürur verməklə yanaşı, eyni zamanda məsuliyyət də verir. Təsadüfi deyil ki, müştərilərimizin bizə olan etibarının nəticəsi olaraq, bankımız İngiltərənin nüfuzlu Global Banking and Finance Review təşkilatı tərəfindən “Ən Etibarlı Bank Azərbaycan 2018” mükafatı qazanmışdır. Fürsətdən istifadə edib, bütün müştərilərimizə bizi seçdikləri üçün təşəkkürümü bildirirəm.”
Eyni zamanda likvid aktivlərdə də artım müşahidə edilmişdir. Ötən ilin birinci rübü ilə müqayisədə bankın likvid akitvləri 2.9% artmışdır.
"KREDİTLƏRİ TAMAMİLƏ BAĞLAMIŞIQ"
"Bu da bankın günü gündən güclənməsi və dayanıqlı inkişafı deməkdir. Digər bir maraqlı məqam isə, bankın maliyyə institutlarına borcunun olmamasıdır. Belə ki, Yapı Kredi Bank Azərbaycan QSC Azərbaycan Mərkəzi Bankından əldə etdiyi kreditləri və digər yerli və beynəlxalq maliyyə qurumlarından əldə etdiyi kreditləri tamamilə bağlamışdır", - Bankın məlumatında deyilir.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
23 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























