1 manat 70 qəpiyə 220 km sürmək mümkündür - İONİQ AZƏRBAYCANDA
Bir çox ilklərə imza atmış və uzun illərdir avtomobil sektorunun liderlərindən olan “Auto Azərbaycan” şirkəti ölkəmizi elektromobil ilə tanış etmək üçün hərəkətə keçib.
“Marja” xəbər verir ki, “Hyundai”ın Azərbaycanda rəsmi distribyutoru olan şirkət markanın elektromobili olan “İONİQ Electric” modelini təqdim edib. Artıq “İONİQ Electric” Bakıda Ziya Bünyadov prospektindəki “Hyundai Otoplaza”da nümayiş etdirilir.
“Auto Azərbaycan” şirkətinin Satış departamentinin Baş satış məsləhətçisi Müseyib Məmmədov “Marja”ya bildirdi ki, elektromobildə yanacaq mühərriki, hava filtiri, “kulşiter”, katalizator və s. mövcud deyil. Mühərrik deyilsə də, əslində mühərrik yerindəki generatordur. “İONİQ Electric” 88 kw (120 HP) gücündə elektrikli mühərriki ilə təchiz olunur. Elektromobilin maksimum sürəti 165 km/saatdır.
Avtomobil tam səssiz çalışır. İnsanların avtomobili fərq etmələri üçün süni səs düyməsinə toxunmaq kifayətdir.
AXŞAM ŞƏBƏKƏYƏ QOŞ, SƏHƏRƏDƏK BATAREYASI TAM YÜKLƏNSİN
Müseyib Məmmədov qeyd etdi ki, “İONİQ Electric” 220 voltluq naqili ilə enerjini evlərin elektrik şəbəkəsindən və xüsusi stansiyalardan yükləyə bilir:
“Avtomobilin “adapter”ini “razetkaya” qoşduqda batareyası enerji yığır. Avtomobilin “adapter”inin naqili dördlükdür. Evdə sayğacdan “razetkaya” 4-lük naqil ilə xüsusi xəttin çəkilməsi məsləhətdir. Çünki evlərdə istifadə edilən 1,5-2-lik naqil qızır. “Adapter”də “yavaş”, “orta” və “sürətli” rejimlər mövcuddur. Əgər enerji evin şəbəkəsindən yığılacaqsa “orta” rejimi seçmək lazımdır. Belə rejimdə avtomobilin batareyası 1 saat ərzində 7% enerji yığır və tam dolması üçün 13 saat tələb olunur. “Sürətli” rejimi isə elektromobillər üçün nəzərdə tutulmuş enerji yükləmə stansiyalarında seçilir. Hazırda Bakıda belə stansiyalar Heydər Əliyev Mərkəzinin qarşısında quraşdırılıb. Bu stansiyalardan istifadə etməklə avtomobilin batareyasını enerji ilə təxminən 30 dəqiqə ərzində tam doldurmaq mümkündür”.
Elektromobil enerji yığdığı zaman onu işə salmaq mümkün deyil. Batareya tam dolduqda sistem şəbəkədən avtomatik ayrılır.
ENERJİNİ YÜKLƏ 220 KM SÜR
Müseyib Məmmədov əlavə etdi ki, batareyası tam dolu olduqda “İONİQ Electric”i 220 km sürmək mümkündür. Əgər avtomobili qənaətli rejimdə sürülərsə bu məsafəni təminən 40-60 km uzanır.
1 MANAT 70 QƏPİK İŞIQ PULU
Yəqin ki, “İONİQ”in batareyasının tam doldurulması zamanı nə qədər enerji sərfiyyatı yarandığı çoxlarınızı maraqlandırır. Müseyib Məmmədov bildirdi ki, 220 voltluq naqil ilə enerjini evlərin elektrik şəbəkəsindən yüklədikdə sərfiyyat təxminən 1 manat 70 qəpik təşkil edir. Başqa sözlə, 1 manat 70 qəpik qarşılığında “İONİQ” elektromobilini 220 km sürə bilərsiniz. Aylıq xərciniz 15-20 manatdan yüksək olmayacaqdır.
Avtomobillərdəki standard təchizatlar “İONİQ ”in salonunda mövcuddur: kindisioner, monitor və s.
“İONİQ”i işə salmaq üçün start/stop düyməsini, hərəkətə gətirmək üçün isə “D” düyməsini sıxmaq lazımdır.
QİYMƏTİ
“İONİQ”in qiyməti 64600 manatdır. Lakin yüksək yanacaq və dövrü servis xərclərinin olmadığını nəzərə alsaq bu qiymət bir qədər başadüşüləndir.
Elektromobildə yağdəyişmə olmadığı üçün bu məqsədlə dövrü servisə də ehtiyac yoxdur. Bu da elektromobil sahibinə qənaət etməyə imkan verir.
“IONIQ”in qiymətinin bir hissəsi gömrük rəsmiləşdirilməsi xərcindən ibarətdir: “Elektromobil elektrik avadanlığı kimi rəsmiləşdirilir. Bu avtomobilin “rastamoşka”sı 3 litrlik avtomobilin “rastamoşka”sı xərcinə bərabərdir. “IONIQ”in gömrük rəsmiləşdirilməsinə 16 min manat ödəmişik. Yollarda elektromobillərin atması üçün gömrük güzəştləri düşünülməlidir”.
Müseyib Məmmədov əlavə etdi ki, “IONIQ” bir müddət salonda nümayiş etdirildikdən sonra satılacaqdır. Məqsəd daha çox insanın elektromobili tanımasına nail olmaqdır.
“İDXALÇILAR ARASINDA İLK ADDIMI BİZ ATDIQ”
“Auto Azərbaycan” şirkətinin marketinq direktoru Rauf Cahangirov bildirdi ki, Azərbaycanın elektromobillər ilə tanışlığını tezləşdirmək üçün “IONIQ” ölkəmizə gətirilib. Azərbaycanda ilk dəfə, avtomobil markaları arasında məhz Hyundai tam elektrikli avtomobili böyük həyəcanla təqdim edir:
“IONIQ”in satışlarına start verməyimiz cəsarətli addımdır. “Auto Azərbaycan” şirkəti başa düşür ki, gələcək elektromobillərindir. Azərbaycan dünyadakı dəyişikliklərdən geri qala bilməz, elektromobillərə yavaş-yavaş keçməyə başlamalıyıq. Elektromobillərin təbliğatı böyük zəhmət və resurslar tələb etməyinə baxmayaraq, biz, benzin mühərrikli avtomobillərin rəsmi idxalçıları arasında ilk addımı atdıq. İnanırıq ki, uğurlu olacağıq, yaxın illərdə yollarda elektromobillərin sayı artacaqdır”.
Daha ətraflı: www.ioniq.az
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
15 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























