İlk balıq yemi zavodu MDB bazarlarını araşdırır
“Kəhf” MMC-nin Neftçala Sənaye Məhəlləsində yaradılan balıq yemi zavodunun məhsulları MDB ölkələrinin bazarlarına da çıxarılacaq.
Bu barədə “Kəhf” MMC-nin icraçı direktoru Fərid Səlimov məlumat verib.
Sənaye məhəlləsində ən iri müəssisələrdən olan “Kəhf” MMC-nin balıq yemi zavodunda ildə 35 min ton yem istehsal ediləcək ki, bunun da 25 min tonu balıq, 10 min tonu isə mal-qara üçün yemlər olacaq.
Fərid Səlimov bildirib ki, müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi də verilib. Bu da 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradıb.
“Qafqazda ekstruziya emalı texnologiyası ilə işləyən ilk yem istehsalı zavodu olan müəssisəmiz həm də ölkəmizdə balıq yemi istehsalı üzrə ixtisaslaşan ilk yem zavodudur. Burada bütün növ balıqlar üçün yem istehsal etmək imkanımız var. Müəssisə ölkəmizdə balıqçılığın sənaye üsulu ilə inkişafına təkan verəcək. Eləcə də geniş istehlak olunan balıq növləri istehsalının stimullaşdırılması ilə yanaşı, Azərbaycanda daxili su hövzələrində balıqçılığın inkişafı üçün əlverişli şərait yaradacaq. Müasir və keyfiyyətli yemlərdən istifadənin real nəticələri keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, məhsuldarlığın da bir neçə dəfə artmasına səbəb olacaq. Eyni zamanda, sənaye üsulu ilə nərə balığı, qara kürü, qızıl balığın istehsalı sahələri də öz ixrac potensialından geniş istifadə imkanı əldə edəcək. Balıq məhsullarına tələbatın əsasən daxili istehsal hesabına təmin olunması idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə zəmin yaradacaq. Bu baxımdan, ilk növbədə, MDB ölkələrinin bazarlarına çıxış imkanları araşdırılır”, - deyə Fərid Səlimov qeyd edib.
Müəssisə regionda sənaye üsulu ilə quşçuluğun, ətlik və südlük istiqamətli cins heyvandarlığın, ümumilikdə, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqla, istehsal edilən məhsulların maya dəyərinin aşağı düşməsinə, rəqabətqabiliyyətliliyin artmasına gətirib çıxaracaq.
Avropa istehsalı olan müasir avadanlıqların quraşdırıldığı zavodda hazırda 20-dən çox Neftçala sakini işləyir. Gələcəkdə isə onlarının sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin iştirakı ilə 2017-ci il sentyabrın 24-də açılıb. Burada 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























