Yığışın kəndə köçün, böyük əkinlər başlayır - 2200 manat xalis gəlir
Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.
“Marja” xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Artıq göstəriş verilib, xarici xammalın həcminin aşağı salınması üçün yeni proqram hazırlanıbdır. Mən bu barədə deyəcəyəm. Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.
Şəkər çuğunduru ilə bağlı mən qeyd etdim, bizdə artıq təhlillər aparılıb və təqribən 30-40 min hektarda şəkər çuğunduru əkilməsi müəyyənləşdirilib. Orada istehsal olunacaq məhsul şəkər emalı zavoduna göndəriləcək və bu müəssisə xarici xammaldan - şəkər qamışından asılılığı böyük dərəcədə azaldacaq. Beləliklə, valyuta xaricə getməyəcək, - çünki şəkər qamışının alınmasına böyük vəsait gedir, - əlbəttə ki, bunun kənd təsərrüfatının inkişafına çox böyük xeyri olacaq”,- dövlətimizin başçısı bildirib.
Xatırladaq ki, “Azərsun Holdinq” bəyan edib ki, şəkər çuğunduru əkinçisi 1 hektar çuğundur əkinindən xalis 1000-2200 manat civarında xalis gəlir əldə edə bilir. Holdinqin Şəkər Zavodu tərəfindən texnikalar, gübrələr verilir, məhsulun yığılması və daşınması həyata keçirilir. Üstəlik əkinlər sığortalanır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
-
27 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 46 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər






















