Nyu-York birjası geriləmə ilə bağlandı
Çinin ABŞ-dan idxal etdiyi 128 məhsula vergi tətbiq etməsi "ticarət müharibələrinin" başlayacağı narahatlığı yaradıb. "Marja" xəbər verir ki, bu xof ilə Nyu York Birjası aprel ayının ilk gününü sərt enişlə tamamlayıb.
Bağlanışda, Dow Jones Sənaye İndeksi 458.92 bənd (1.9%) enişlə 23,644.19 bəndə, Standart & Poor's 500 (S&P 500) İndeksi də 58.99 bənd (2.23%) azalma ilə 2,581.88 bəndə geriləyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Nasdaq Texnologiya İndeksi də 193.33 bənd (2.74%) dəyər itkisilə 6,870.12 bəndə düşüb və bu ilki bütün qazanclarını itirib.
Dow Jones İndeksinin bu ilki azalması 4.4%-ə çatarkən, S&P 500 İndeksinin bu ilki itkisi 3.4% və Nasdaq Texnologiya İndeksinin bu ilki itkisi 0.5% olub.
ABŞ-da "qorxu indeksi" olaraq bilinən və Standart & Poor's 500 İndeksindəki dalğalanmanı göstərən CBOE Volatilite İndeksi də bağlanışda 18.3% yüksəlişlə 23.62 səviyyəsinə qalxıb.
E-ticarət nəhəngi Amazon-un səhmlərindəki ucuzlaşma 5.2% olarkən, Twitter-in səhmləri 3.3%, çip istehsalçısı İntel-in səhmləri 6.1% düşüb.
Mütəxəssislər, dünyanın ən böyük iki iqtisadiyyatı ABŞ ilə Çin arasında ticarət müharibəsi çıxa biləcəyinə diqqəti çəkərək, sabah da sərmayəçilərin satış mövqeyi tutmları və riskdən qaçmaları vəziyyətində indekslərdəki tənəzzülün arta biləcəyini vurğulayırlar.
Çin Maliyyə Nazirliyindən verilən açıqlamada, ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15- 25% vergi tətbiq edilməsi planının Aprelin 2-dən qüvvəyə mindiyi bildirilib.
ABŞ Prezideni Donald Tramp, 9 Martda, idxal polad və alüminiuma müvafiq olaraq 25% və 10% gömrük tarifi tətbiq olunacağını açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)

