Azərbaycanda ilk bitki klinikası fəaliyyətə başlayıb
Bakıda ilk dəfə olaraq bitki klinikası fəaliyyətə başlayıb.
Dünyada çox az sayda olan bitki klinikalarından biri də MDB ölkələri arasında ilk olaraq Azərbaycanda “Aqroservis” şirkətinin nəzdində açılıb.
“Aqroservis” kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, kənd təsərrüfatı vasitələrinin (pestisid, gübrə, toxum, maşın və avadanlıqlar) Avropa ölkələrindən idxalı və satışı ilə məşğul olur.
“Aqroservis” şirkətinin baş direktoru Hüseyn Hüseynov bildirib ki, çox az sayda bu konsepsiyada yanaşmalar mövcuddur:
“Klinikanın əsas fəaliyyət sahəsindən biri də fermerlərə ödənişsiz olaraq məsləhət xidməti göstərməkdir. Bu sahədə daha da peşəkarcasına xidmət göstərmək məqsədilə tərəfimizdən 2017-ci ildə “Kənd təsərrüfatı vasitələrinin “Sərgi satış mərkəzi” və “Bitki klinikası” inşa edilib. Dünyada mövcud olan bitki klinikalarından fərli olaraq, bizim yaratdığımız klinika öz konsepsiyasına görə bir az fərqlidir. Belə ki, biz məsələyə daha kompleks şəkildə yanaşmağa çalışmışıq”.
H. Hüseynovun sözlərinə görə, bitki klinikası və sərgi-satış mərkəzinin fəaliyyəti bitki xəstəliklərinin və zərərvericilərin diaqnostikası, torpaq və bitki analizi, analizlərin nəticələrinə əsasən tövsiyələrin verilməsi, müvafiq bitki mühafizəsi və digər kənd təsərrüfatı vasitələrinin təchizatı, həmçinin tədris-təcrübə kurslarının təşkilindən ibarət olacaq.
O qeyd edib ki, bitki klinikasında həmçinin xəstəlik və zərərvericilərin elektron albomu, zərərvericilərin kolleksiyası, alaq otlarının və xəstəliklərin herbarisi təşkil edilib: “Bu elektron albom və zərərvericilərin kolleksiyası, alaq otlarının və xəstəliklərin herbarisi bizə və fermerlərə rastlaşdığımız ziyanverici obyektin təyin edilməsində yardımçı olur”.
Şirkətin baş direktoru deyir ki, fermer əkdiyi bitkilərdə bir xəstəlik və ya zərərverici aşkar etdikdə, bu klinikaya müraciət edə bilər: “Onların köməyi ilə yerində vizual baxış keçirilir. Əgər yerində xəstəliyə və zərərvericiyə diaqnoz qoyula bilmirsə, bizim mütəxəssislərin və laboratoriyanın köməkliyi ilə diaqnoz qoyulur və mübarizə tədbirləri planı tərtib edilir.
H. Hüseynov bildirib ki, həmçinin burada klinikanın yanında dərmanların satışı da təşkil olunub: “Bitkiçilikdə istifadə olunan dərmanlarda saxtalaşdırma halları çoxdur. Bu səbəbdən də klinikanın yanında “Sərgi-satış mərkəzi”ndə bitki mühafizəsi vasitələrinin və digər kənd təsərrüfatı vasitələrinin satışını da təşkil etmişik. Burada satılan dərmanların hamısı ABŞ, Fransa, Belçika və İsveçrə firmaların istehsalı olan dərmanlarıdır. Bu dərmanların keyfiyyətinə biz inanırıq. Burada fermerlərə dərman və digər vasitələr təqdim edilir”.
Peşəkar mütəxəssislərin çalışdığı klinikada fermerlərin köməyinə çatacaq kitabxana da fəaliyyət göstərir. O bildirib ki, gələcəkdə Azərbaycanın regionlarında da belə bitki klinikaları açmağı planlaşdırılır.
© APA
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
22 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
2 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
2 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır

















.jpg)



