Daşınmaz əmlakla bağlı SMS xidməti işə salınıb
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar zamanı dərhal məlumat almaq imkanı yaradır.
Komitənin yaydığı məlumat görə, bu informasiyanı almaq isə olduqca sadədir. Məlumatı əldə etmək üçün internet tələb edilmir. Bu zaman 9193 SMS nömrəsi sizin köməyinizə çatır. Qeyd edilməlidir ki, daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar komitənin 3 SMS xidməti vasitəsilə həyata keçirilir. Belə xidmətlər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tələb olunan xidmət haqqını və icra vəziyyətini öyrənmək mümkündür. Eyni zamanda vətəndaş dövlət əmlakının icarəyə verilməsi ilə bağlı dövlət əmlakının istifadəsi müqabilində verilən icarə haqqı borcu haqqında informasiyanı əldə edə bilər.
Bu əməliyyatların yerinə yetirilməsi üçün vətəndaşın uzun prosedurdan keçməsinə ehtiyac qalmır. Belə ki, sadəcə çıxarış almaq üçün müraciət üzrə bildiriş nömrəsi və ya dövlət əmlakının icarə müqavilə kodu 9193-ə göndərilməlidir. Xüsusi olaraq portalda və ya səhifədə qeydiyyatdan keçmək, elektron imza almaq və ya digər internet prosedurlarını həyata keçirmək tələb olunmur. Yalnız mobil telefonun olması xidmətlərdən istifadə üçün yetərlidir. Bu isə vətəndaş məmnunluğunu artırmaqla onların vaxt itkisinin qarşısını alır. Nəticədə geniş əhali kütləsi və biznes qurumları rahat və operativ qaydada SMS xidmətlərindən yararlana bilirlər.
İstənilən vətəndaş daşınmaz əmlakına dair çıxarış almaq üçün müraciət etdikdə bildiriş nömrəsi əldə edir. Daha sonra şəxs həmin nömrəni 9193-ə SMS göndərməklə tələb olunan xidmət haqqı məbləğini dərhal öyrənə bilir. Eyni zamanda, bu SMS xidməti vətəndaşın daşınmaz əmlakın qeydiyyatı üçün, rüsum da daxil olmaqla, tələb olunan xərci müəyyən etməsini təmin edir. Dövlət rüsumunun məbləği dəyişməz olsa da, xidmət haqqının məbləği Tarif Şurasının qərarına əsasən hesablanır və əmlakın ölçüsünə, yerləşdiyi zonaya və digər göstəricilərə görə dəyişir. Xidmət haqqının son məbləği qeydiyyat prosesində dəqiqləşir. SMS xidmət isə bu məbləği ərazi qeydiyyat idarəsinə getmədən öyrənməyə imkan verir. Vətəndaş həmin məbləği bank və ya elektron qaydada ödədikdən sonra hazır çıxarışı əldə edir. Xidmət haqlarını ərazi qeydiyyat idarələrində, o cümlədən respublika ərazisində quraşdırılmış elektron ödəniş terminallarından ödəmək imkanları da yaradılıb.
Digər SMS xidmət vətəndaşın çıxarış alması üçün müraciətinin icra vəziyyətinin hansı mərhələdə olmasını müəyyən etməyə imkan verir. Belə ki, vətəndaş ona verilən bildiriş nömrəsini SMS-lə 9193-ə göndərərək müraciətinin icra vəziyyəti barədə məlumatı dərhal almış olur. Bu məlumatlar vasitəsilə vətəndaş qeydiyyat prosesinin mərhələlərini mobil qaydada izləmiş olur. SMS məlumatda çıxarışın hazır olma tarixi göstərilir. Vətəndaşın bu məlumatı əldə etmək üçün qurumun özünə gəlməsinə, çağrı mərkəzinə zəng vurmasına ehtiyac qalmır. Qeydiyyat prosesi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə davam edir və çıxarış bu müddətin sonunda hazır olur.
Komitənin dövlət əmlakının icarəsi ilə bağlı da SMS xidməti fiziki və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmət dövlət əmlakının icarəyə verilməsi haqqında bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradır. Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsi kodunu SMS-lə 9193-ə göndərərək cari borcu barədə məlumat ala bilir. Eyni zamanda, Komitə tərəfindən bütün icarəçilərə ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir.
Qeyd edilməlidir ki, hazırda komitənin fəaliyyət sahələri üzrə 37 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
-
-
25 d. əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
13 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
17 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Ən çox oxunanlar
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib



















