Fövqəladə Qəbələdəki "biabırçılıq" barədə məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Laza kəndində orta məktəbdə baş verən yanğın barədə məlumat yayıb.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, martın 6-da Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 14 kilometr məsafədə yerləşən və çətin şəraitli yolu olan rayonun Laza kənd orta məktəbində yanğın baş verib. Yanğın barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə mərkəzinə həmin gün saat 13:27 dəqiqədə daxil olub. Dərhal hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq olaraq, hər biri 6, 8 və 9 ton su və köpük əmələ gətirən məhlul ilə təchiz olunmuş 3 yanğınsöndürən avtomobili göndərilib. İlk yanğınsöndürmə avtomobili saat 13:55 dəqiqədə hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.
Çətin yol şəraitində 14 kilometr məsafəni qət etmiş yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi dayanıb.
“Təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkələrdə düzgün olmayan məlumatların yayılması və baş verən hadisələrə başqa “don geyindirərək” görülən işlərə kölgə salınmasına cəhd göstərilib. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məktəbin binasında baş vermiş yanğın söndürülərkən yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi prosesi dayanan zaman bəzi şəxslər hadisəni videogörüntüyə alaraq yanğınsöndürən avtomobillərin hadisə yerinə susuz gəlməsi fikrini aşılamağa çalışıblar.
FHN bir daha bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları lazımi odsöndürücü vasitələrlə (su və köpük əmələ gətirən məhlul) tam təmin olunaraq döyüş hesabında saxlanılır. Heç bir halda döyüş hesabında olan yanğın texnikası hadisə yerinə susuz yürüş etmir.
MƏKTƏB DİREKTORU CƏRİMƏLƏNİB
Həmçinin qeyd olunmalıdır ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi sahəsindəki çoxsaylı pozuntularla bağlı həmin məktəbin rəhbərliyinə ötən illər ərzində dəfələrlə xəbərdarlıqlar edilib. Bu il yanğından 3 gün əvvəl, məktəb direktoruna yanğın təhlükəsizliyi sahəsində inzibati xətaya yol verdiyi üçün 2018-ci il 3 mart tarixli 0000532 saylı protokol tərtib edilib”, - deyə FHN-in məlumatında bildirilir.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
-
2 saat əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
3 saat əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Ən çox oxunanlar
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
























