“Bakcell”dən “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin keçirilməsinə dəstək
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell”, istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin təşkilinə dəstək göstərib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Pullman Bakı” mehmanxanasının baş sponsorluğu və “Bakcell” şirkətinin sponsorluğu ilə “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil edilib. Tədbirin əsas məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarət idi. Sərgidə 70-dən çox qadın sahibkarın müxtəlif əl işləri - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s. satışı da həyata keçirilib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətlərin və onun əməkdaşlıq etdiyi qurumların; Fransanın Azərbaycandakı Səfirliyinin və digər səfirliklərin nümayəndələri və Bakcell şirkətinin əməkdaşları sərgidə iştirak edib, nümayiş olunan əl işləri ilə yaxından tanış olublar.
Bakcell şirkəti tədbirin sponsoru olaraq qadın sahibkarlara xüsusi diqqət ayırmaqla ölkədə qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına öz dəstəyini əsirgəmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























