Azərbaycanda məktəblilərin 9 manata sığortalanmasına başlanıb
“Bakı Sığorta” yeni məhsulları ilə sığorta bazarında cığır açır.
Bir müddət əvvəl "İxtisardan Sığorta" və "Əmək qabiliyyətinin itirilməsi sığortası" məhsullarını təqdim edən və öz saytından onlayn satışını həyata keçirən “Bakı Sığorta” şirkəti, bu dəfə “Sığortalı Məktəbli” adlı məhsulu ilə gündəmdədir.
Şirkətdən “Marja”ya verilən məlumata görə, “Sığortalı Məktəbli” məhsulu xüsusi olaraq məktəbli övladı olan valideyinlər üçün hazırlanıb:
“Uşaqlar dərsdə olan zaman da onların qarşılaşa biləcəkləri risklər var. Məsələn, idman dərsində kiçik zədələnmələr, ayaq buruxmaları, buzda sürüşmələr və s. Bu risklərin qarşısını almaq mümkün deyil, amma risklərdən sığortalanmaq çıxış yoludur.”
“Bakı Sığorta”dan bildirildi ki, əgər məktəb saatları ərzində kiçik və böyük qəzalar baş verərsə,valideyin həkim, dərman pereparatları və s. üçün xərc çəkmir, 2000 manatdək yaranan xərclər sığorta şirkəti tərəfindən qarşılanır.
“Bu məhsulu hər kəs əldə edə bilsin deyə, 2000 manatlıq təminata görə ödəyəcəyiniz məbləği cəmi 9 manat olaraq təyin etmişik”,- şirkətdən qeyd edildi.
Qeyd edək ki, “Sığortalı Məktəbli” məhsulunu bir neçə dəqiqə ərzində www.bakisigorta.az saytından əldə etmək mümkündür. Valideyin özü və övladı barədə məlumatları şirkətin sisteminə daxil edərək sığortanı ala bilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir




















