Trampın qərarı "soyuq duş" effekti yaratdı - TİCARƏT MÜHARİBƏLƏRİ
ABŞ Prezidenti Donald Trampın gələn həftə ərzində idxal dəmir və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz nisbətlərində əlavə gömrük vergiləri tətbiq ediləcəyi bildirilib.
Trump, Ağ Evdə keçirilən iclasda, Amerikanın dəmir və alüminium istehsalçıları ilə görüşüb.
"Marja" xəbər verir ki, məhdud sayda mətbuat nümayəndəsinin iştirak etdiyi iclasda, ABŞ Ticarət Nazirliyinin idxal dəmir və alüminium üçün bir neçə həftə əvvəl təklif etdiyi ticarət baryerləri müzakirə olunub.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, Donald Trump, iclasda idxal dəmirə 25 faiz, alüminiuma 10 faiz əlavə gömrük vergisi tətbiq edilməsi qərarı verib.
Tərbiqin detalları gələn həftə ərzində imzalanacaq fərmanla bilinəcək.
ABŞ Birjaları ticarət müharibələri həyəcanı ilə geriləyib
Donald Trampın idxal dəmirə 25 faiz, alüminiuma 10 faiz əlavə gömrük vergisi tətbiq edəcəyinə dair xəbərlər bazarlarda sanki "soyuq duş" effekti yaradıb.
ABŞ-ın ən çox dəmir və alüminium idxal etdiyi ölkələrin də əks addım atacağı ehtimalı bazarlarda "ticarət müharibələri" qorxusuna səbəb olub, Nyu-York Birjası ideksləri düşüb.
Dow Jones İndeksi 2%, Standard & Poor's 500 İndeksi 1,6%, Nasdaq Texnologiya İndeksi 1,7 faiz geriləyib.
Dollar da avro qarşısında geriləyərkən, bu dəqiqələrdə avro/dolar məzənnəsi də 1,2278 səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
13 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 13 saat əvvəl
-
14 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
14 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)

















.jpg)
